Ya sin - 36:43
İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.
Haqq-hesab günü şəfaətlərini ümid edərək İsa, Üzeyir peyğəmbəri, din adamlarını və mələkləri Allahla yanaşı tanrı qəbul edib qulluq/xidmət edən Məkkə xalqına göndəriş:
Tovbə/9:30
Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər. Allah onları məhkum edər. Necə də çevrilirlər?
Yunus/10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Yunus/10:68
"Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?
Nəhl/16:51
Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
Nəhl/16:52
Göylərdə və yerdə nə varsa, Onundur. Din də daima sadəcə Onundur. Allahdan başqasınamı hörmət edirsiniz?
Bəqərə/2:116
“Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
Nisa/4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Nisa/4:172
Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.
Səba/34:40
Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Nisa/4:117
Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
Məryəm/19:91
Rəhmana övlad isnad etdilər deyə...
Məryəm/19:92
Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.
Ənbiya/21:26
"Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27
Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.