بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:101 Yer üzündə savaş üçün səfərə çıxdığınız zaman inkar edənlərin sizə hücum etməsindən qorxursunuzsa namazı qısaltmanızda bir günah yoxdur. Şübhəsiz inkar edənlər sizin açıq-aydın düşməninizdir.
4:102 Sən aralarında olub onlara namaz qıldırdığın zaman, onlardan bir qrup sizi qorumaq üçün yanınızda olsun və silahlarını da yanlarına alsın. Namaza duranlar səcdəyə vardıqlarında arxanızda olsunlar. Sonra namaz qılmamış olan qrup gəlsin və səninlə birlikdə namaza dursunlar, (namazı bitirmiş olan qrup isə) silahlarını alıb növbətçi dursunlar. İnkar edənlər, silahlarınızdan və əşyanızdan diqqətsiz davranmanızı və beləcə sizi qəfil bir hücumla məhv etməyi ümid edərlər. Yağmur və xəstəlik kimi səbəblərə görə silahlarınızı buraxmanızda bir günah yoxdur. Ancaq gözdə-qulaqda olun. Allah kafirlərə alçaldıcı bir əzab hazırladı.
4:103 Namazı bitirdiyiniz zaman ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayın. Güvənə qovuşduğunuzda namazı qoruyun. Namaz iman edənlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
4:104 O topluluğu təqib etməkdə səhlənkarlıq etməyin. Siz acı çəkirsinizsə, onlar da sizin kimi acı çəkir. Fəqət siz, onların Allahdan ummadığını umursunuz. Allah Biləndir, Hikmət Sahibidir.
4:105 İnsanlar arasında Allahın sənə göstərdiyi kimi hökm verəsən deyə, Biz sənə gerçəyi ehtiva edən kitabı nazil etdik. Xainləri müdafiə edənlərdən olma.
4:107 Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
4:108 İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
4:109 Bax, siz bu cür adamları, dünya həyatında müdafiə edirsiniz. Bəs, dirilmə günündə Allaha qarşı kim onları müdafiə edəcək? Ya da kim onlara vəkil olacaq?
4:110 Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.
4:111 Kim bir günah qazanarsa, özünə qarşı qazanmış olar. Allah Biləndir, Hikmət Sahibidir.
4:112 Kim bir xəta yaxud bir günah işləyər, sonra da onu bir günahsızın üzərinə atarsa, şübhəsiz böyük bir iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
4:113 Allahın sənə lütfü və rəhməti olmasaydı, onlardan bir qrup səni azdıracaqdı. Onlar, yalnız özlərini azdırır; sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitab və hikməti nazil etdi və sənə bilmədiyin şeyləri öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
4:114 Onların gizli görüşlərinin çoxunda xeyir yoxdur; sədəqəni, yaxşılığı və ya insanların arasını düzəltməyi müdafiə etmələri istisnadır. Kim Allahın rizasını axtararaq bunları edərsə, ona böyük bir mükafat verəcəyik.
4:115 Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.
4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.
4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
4:118 Allah ona lənət etmiş və o da: “Əlbəttə Sənin qullarından bəlli bir pay alacağam," - demişdi,
4:119 "Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
4:120 Onlara söz verir, ümid verir. Gerçəkdə, şeytanın onlara verdiyi söz aldatmaqdan başqa bir şey deyildir.