Saffat - 37:117
Və o ikisinə açıq-aşkar dərk edilən Kitabı verdik.
Fəlakətdən məqsəd və qurtarılmaları:
Duxan/44:30
İsrail oğullarını alçaldıcı zülmdən qurtarmışdıq;
Duxan/44:31
Firondan. O, azğın bir diktator idi.
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5
Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6
Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
Bəqərə/2:49
İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.
Bəqərə/2:50
Dənizi yararaq, sizi qurtarmışdıq və Fironun adamlarını da gözlərinizin önündə boğmuşduq.
Əraf/7:136
Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
Əraf/7:137
Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.
Yunus/10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Yunus/10:91
"Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."
Yunus/10:92
"Səndən sonrakı nəsillərə ibrət olmağın üçün bu gün sənin cəsədini qoruyacağıq. Lakin insanların əksəriyyəti işarətlərimizdən xəbərsizdirlər."
Ta ha/20:77
Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
Ta ha/20:78
Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:53
Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Şuəra/26:54
"Bunlar kiçik bir çətədir."
Şuəra/26:55
"Bizə qarşı öfkə ilə baş qaldırmaqdadırlar."
Şuəra/26:56
"Biz isə çoxluq olaraq ayıq-sayıq olmalıyıq."
Şuəra/26:57
Nəhayət, onları çıxartdıq: Bağçalardan, çeşmələrdən,
Şuəra/26:58
Xəzinələrdən, yüksək məqamlardan...
Şuəra/26:59
Daha sonra, onları İsrail oğullarına miras etdik.
Şuəra/26:60
Onları şərqə tərəf təqib etdilər.
Şuəra/26:61
Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62
"Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63
Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:64
Sonra, digərlərini yaxınlaşdırdıq.
Şuəra/26:65
Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.
Şuəra/26:66
Sonra digərlərini boğduq.
Duxan/44:18
"Ey Allahın qulları, mənə qulaq asın. Mən sizə göndərilmiş etibarlı bir elçiyəm."
Duxan/44:22
Və, "Bunlar günahkar bir topluluqdur," deyə Rəbbinə yalvardı.
Duxan/44:23
"Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24
"Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:25
Onlar geridə nələr buraxmışdılar: Bağçalar, bulaqlar,
Duxan/44:26
Əkinlər və yüksək məqamlar,
Duxan/44:27
Və içində səfa sürdükləri neçə-neçə nemətlər...
Duxan/44:28
Beləcə hamısını başqa bir topluluğa miras buraxdıq.
Duxan/44:29
Nə göy və nə də yer onlara ağladı; Onlara möhlət də verilmədi.
Zəriyət/51:38
Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39
Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.
Zəriyət/51:40
Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Bundan o məsul idi.