Saffat - 37:17 "Hətta bizdən öncəki atalarımız da eləmi?"
15, 16, 17 ayələri əsasında; Yenidən dirilmə xəbərdarlığını sehrlənmiş bir adamın iddiası olaraq dəyərləndirdilər:
Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.

Saffat/37:14 Bir dəlil gördüklərində onu məsxərəyə qoyurlar.
Saffat/37:15 Deyərlər: "Bu, açıq-aşkar bir sehrdən başqa bir şey deyildir."
Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"

İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48 Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
İsra/17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"