بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:41 Biz, öyüd almaları üçün Quranda açıqladıq. Lakin bu, sadəcə onların nifrətini artırır.
17:42 De ki: "İddia etdikləri kimi onunla yanaşı başqa tanrılar olsaydı, onlar da Hökmranlığın Sahibinə doğru yol axtarardılar."
17:44 Yeddi göy və onların içindəkilər Onu ucaldaraq xatırlayarlar. Heç bir şey yoxdur ki, Onu tərifləyərək və ucaldaraq xatırlamasın; amma siz onların xatırlamalarını anlamazsınız. O Şəfqətlidir, Bağışlayandır.
17:45 Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
17:48 Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
17:49 Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
17:51 "Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."
17:52 Sizi çağıracağı gün, siz  Ona təriflə qarşılıq verərsiniz və çox qısa bir müddət qaldığınızı anlayarsınız.
17:53 Qullarıma söylə: Ən gözəl şəkildə danışıb mübahisə etsinlər. Çünki şeytan aralarına girər. Şeytan insanın açıq-aşkar düşmənidir.
17:54 Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
17:55 Rəbbin göylərdəkiləri və yerdəkiləri ən yaxşı biləndir. Peyğəmbərlərdən bir qismini digərlərindən üstün etdik. Örnək olaraq, Davuda Zəburu verdik.
17:56 De ki: "Ondan başqa iddia etdiklərinizi çağırın görək, onlar sizdən nə sıxıntını qaldıra bilərlər, nə də qarşısını ala bilərlər."
17:57 Onların çağırdıqları şəxslər belə Rəblərinə yaxınlaşmaq üçün yol axtararlar. Onun rəhmətini ümid edər, cəzasından qorxarlar. Rəbbinin cəzası ehtiyat ediləcək bir şeydir.
17:58 Heç bir ölkə yoxdur ki, Dirilmə günündən öncə onu məhv etmiş və ya şiddətli bir şəkildə cəzalandırmış olmayaq. Bu, Kitabda yazılmışdır.
17:59 Öncəkilərin onları yalanlamış olması, Bizi ayələr göndərməkdən saxlamadı. Örnək olaraq, Səmud (xalqına) dəvəni açıq şəkildə vermişdik. Fəqət ona haqsızlıq etdilər. Biz ayələri yalnızca xəbərdarlıq məqsədiylə göndəririk.
17:60 Rəbbinin insanları ehtiva etdiyini sənə bildirmişdik. Fəqət sənə göstərdiyimiz görüntü ilə və Quranda lənətlənən ağacla (şəcərə ilə) sadəcə insanları sınadıq. Biz onlara xəbərdarlıq edirik, ancaq bu, onların azğınlığına böyük bir təsir etməkdən başqa nəticə vermir.