Sad - 38:3 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Fəryad etdilər, ancaq artıq qurtulma vaxtı deyildi.
Öncəki nəsillər nə üçün məhv edildilər?
Nəhl/16:36 Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.

Ənbiya/21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.

Rum/30:42 De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.

Zuxruf/43:23 Eyni bunun kimi, səndən öncə, bir şəhərə hər nə zaman bir xəbərdar edən göndərdiksə, elita təbəqə, "Biz, atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," deyərdilər.
Zuxruf/43:24 O da, "Sizə, atalarınızı üzərində gördüyünüzdən daha doğrusunu gətirmiş olsam da?" deyərdi. Onlar da, "Sizin gətirdiyiniz mesajı inkar edirik," deyərdilər.
Zuxruf/43:25 Biz də onlardan öc (intiqam) aldıq. Bax, yalanlayanların aqibətinə.

Bəqərə/2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.

Zuxruf/43:55 Bizimlə savaşmaqda israr edincə onlardan öc (intiqam) aldıq, hamısını boğduq.

İsra/17:16 Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.

Fussilət/41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Fussilət/41:16 Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.

Ənbiya/21:77 Ayələrimizi inkar edən camaata qarşı onu dəstəklədik. Onlar, pis bir camaat olduqlarına görə hamısını boğduq.

Yunus/10:13 Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.

Hud/11:117 Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.

İbrahim/14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,

Həcc/22:45 Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...

Şuəra/26:136 Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137 "Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:139 Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:208 Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.

Qasas/28:58 Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.
Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Ənkəbut/29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.

Rum/30:9 Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.

Qaf/50:12 Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.