Zumər - 39:17 Kim Tağuta (Azğına) qulluq etməkdən çəkinər və Allaha yönələrsə, onlar üçün müjdə vardır. Qullarımı müjdələ!
11, 12, ... 15 ayələri əsasında; İsa və Üzeyir peyğəmbərləri Allahla yanaşı tanrı qəbul edən, bu arzuları əsasında vəhyə əlavələr və dəyişikliklər etdirmək istəyən kitab əhlinə elçinin qarşılığı:
Zumər/39:13 De ki, "Rəbbimə qarşı gələrsəm, Böyük Günün əzabından qorxaram."

Tovbə/9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?

Zuxruf/43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60 Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61 Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.

Tovbə/9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Qaləm/68:9 Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.

Haqqə/69:44 O Bizə bəzi sözlər isnad edərsə,

Nəml/27:91 Mənə sadəcə bu şəhərin Rəbbinə qulluq etmək əmr edilmişdir. O buranı mübarək etmişdir və hər şey Onundur. Mənə müsəlmanlardan olmaq əmr edildi.

Zumər/39:11 De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12 "Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."
Zumər/39:14 De ki, "Dinimi yalnız Allaha xas edərək Ona qulluq/xidmət edirəm."
Zumər/39:15 "Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini  ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.