بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:41 Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.
5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
5:43 İçində Allahın hökmü olan Tövrat yanlarında olduğu halda necə olur ki, ondan üz çevirib, səni münsif edirlər? Onlar əslində iman etməyir.
5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.
5:46 Onların ardından, öncəki Tövratı təsdiqləyici olaraq Məryəm oğlu İsanı göndərdik. Ona, içində hidayət və nur olan, öncəki Tövratı təsdiqləyən və müttəqilər üçün bir yol göstərən və öyüd-nəsihət olan İncili verdik.
5:47 İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə məhz onlar yoldan çıxanlardır.
5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
5:50 Yoxsa cahillik dönəmindəki qanunlarımı axtarırlar? Bilgiyə əsaslanan qəti inanc sahibləri üçün Allahdan daha gözəl qanun qoyan ola bilərmi?
5:51 Ey iman edənlər! Yəhudiləri və Xristianları dost qəbul etməyin! Onlar bir-birlərinin dostudur. Sizdən kim onlarla dost olarsa, onlardan sayılır. Allah zalım camaatı doğru yola yönəltməz.
5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
5:53 O zaman iman edənlər, “Sizinlə bərabər olduqlarına bütün gücləriylə Allah adına and içənlər bunlardırmı?” deyəcək. Səyləri boşa çıxmış və zərər etmişlərdir.
5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.
5:55 Gerçək dostlarınız, Allah, elçisi və namazı qoruyub təvazökar olaraq zəkatı verən möminlərdir.
5:56 Kim Allahı, elçisini və iman edənləri dost qəbul edərsə, bilsin ki, Allahın partiyası (firqəsi) üstün gələcək.
5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
5:58 Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.
5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
5:60 De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."