Zumər - 39:46 De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."
Atasız yaradılışına görə İsanı (ə) tanrı qəbul edənlərin diqqətinə çatdırılır; Göyləri və yeri də yoxdan yaratmışdır:
Ali İmran/3:47 (Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Bəqərə/2:116 Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
Bəqərə/2:117 Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.

Ənam/6:101 Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.

Zumər/39:45 Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
Zumər/39:46 De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."