Ali İmran - 3:101 Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.
Mesajı, anlaşılması üçün cəmiyyətinin içindən/arasından bir elçi və onun dili ilə göndərir:
Məryəm/19:97 Bunu sənin dilinlə asanlaşdırdıq; onunla müttəqiləri müjdələyəsən və inadkar camaata xəbərdarlıq edəsən deyə.

İbrahim/14:4 Biz hər elçini ancaq xalqının dilində göndəririk ki, onlara bildirə bilsin. Allah istəyəni/istədiyini azdırır, istəyəni/istədiyini də doğruya yetişdirir. O, Güclüdür, Hikmət sahibidir.

Fussilət/41:44 Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."

Duxan/44:58 Bunu sənin dilinlə asanlaşdırdıq ki, öyüd alsınlar.

Yusuf/12:2 Onu ərəbcə bir Quran olaraq nazil etdik ki, anlayasınız.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Şuəra/26:194 Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.

Zumər/39:27 Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik ki, öyüd alsınlar.
Zumər/39:28 Ərəbcə, nöqsansız (düzgün) bir Quran, bəlkə müttəqi olarlar.

Fussilət/41:3 Bilən bir topluluq üçün, Ərəbcə bir Quran olaraq ayələri açıqlanmış bir kitabdır.

Əhqaf/46:12 Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.

Rad/13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.

Zuxruf/43:3 Düşünəsiniz deyə, onu qüsursuz bir dilə sahib bir Quran etdik.