Ali İmran - 3:138 Bu (Quran), insanlar üçün bir xəbərdarlıq, müttəqilər üçün də bir yol göstərici və öyüddür.
Quranın ümumu bildirişi:
İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.

Ənbiya/21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

Ənam/6:51 Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.

İbrahim/14:44 İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?

Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.

Yunus/10:57 Ey insanlar, Rəbbinizdən sizə bir öyüd, könülləri sıxan hər şeyə qarşı bir şəfa, iman edənlərə bir yol göstərən və bir rəhmət gəlmişdir.

Nəhl/16:64 Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.

Nəml/27:76 Bu Quran, İsrail oğullarının hələ də, mübahisəsini etdiyi bir çox mövzunu anlatmaqdadır.

İbrahim/14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...

Nəhl/16:89 Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.
Nəhl/16:102 De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."

İsra/17:82 Quranı, iman edənlər üçün bir şəfa və rəhmət olaraq nazil etdik. Zalımların isə ancaq zərərini artırır.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.


Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Duxan/44:3 Biz xəbərdar etmək üçün onu mübarək bir gecədə nazil etdik.

Hədid/57:9 Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.

Ğafir/40:15 Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.