Ali İmran - 3:190 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.
Gecənin və gündüzün bir-birini izləməsində ayə (işarət) nə?
Qasas/28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
Qasas/28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.

Ali İmran/3:190 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.

İsra/17:12 Gecəni və gündüzü iki ayə (dəlil) etdik. Rəbbinizin nemətlərini axtarasınız və illərin hesabını biləsiniz deyə gecənin ayəsini sildik, gündüzün ayəsini aydınlıq etdik. Biz hər şeyi təfsilatı ilə açıqlayırıq.

Muminun/23:80 Odur dirildən və öldürən; gecənin və gündüzün dəyişməsi Ona bağlıdır. Ağlınızı istifadə etmirsiniz?

Nur/24:44 Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.

Furqan/25:47 Və O, gecəni sizə bir örtük, yuxunu bir dincəlmə və gündüzü də bir dirilmə zamanı edəndir.
Furqan/25:62 O, gecəni və gündüzü bir-birini təqib edən etdi; öyüd almaq və ya şükür etmək istəyənlər üçün...

Nəml/27:86 Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.

Rum/30:23 Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.

Ya sin/36:37 Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.

Ğafir/40:61 Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.

Həcc/22:60 Bu belədir! Kim, özünə edilən haqsızlığa qarşı eyni şəkildə qarşılıq verər, sonra buna görə də ona hücum edilərsə, Allah ona yardım edəcəkdir. Əlbəttə Allah Əfv Edəndir, Bağışlayandır.
Həcc/22:61 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gecəni gündüzə daxil edər, gündüzü də gecəyə daxil edər və Allah Eşidəndir, Biləndir.