بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
28:61 Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?
28:62 Gün gələr, onlara, "Ortaqlarım olduqlarını iddia etdikləriniz hanı, haradadır?" deyə səslənər.
28:63 Əleyhlərində hökmün gerçəkləşdiyi kimsələr, "Rəbbimiz, bunlar bizim yoldan çıxartdığımız kimsələrdir; biz özümüz yoldan çıxmış olduğumuz üçün onları yoldan çıxartdıq. Onları buraxıb Sənə sığınırıq. Onlar əslində bizə qulluq/xidmət etmirdilər," deyərlər.
28:64 Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.
28:67 Kim tövbə edər, iman edər və müttəqi davranarsa, məhz o zaman uğur qazana bilər.
28:68 Rəbbin istədiyini yaradar, istədiyini seçər. Seçim onlara aid deyildir. Allah onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
28:69 Çünki Rəbbin, onların aşkar etdiklərini bildiyi kimi, kökslərinin gizlədiklərini də bilir.
28:70 O, Allahdır. Ondan başqa tanrı yoxdur. Əvvəldə də,  Axırda da təriflər Onadır. Bütün hökm də Ona aiddir və Ona döndəriləcəksiniz.
28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"
28:73 Gecəni və gündüzü, birində dincəlməyiniz və digərində Onun nemətlərini axtarmağınız üçün nizama salması Onun rəhmətindəndir. Bəlkə şükür edərsiniz.
28:74 Gün gələr, onlara, "Ortaqlarım olduqlarını iddia etdikləriniz hanı, haradadır?" deyə səslənər.
28:75 Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.
28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
28:79 Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
28:80 Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.