Ğafir - 40:17 O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.
Dünyada etdiyimiz əməllərə görə, dirilmə günündə nəfsimiz, mükafatlandırılar və ya cəzalandırılar:
Tur/52:21 Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.

Yunus/10:52 Sonra zülm edənlərə: "Əbədi əzabı dadın" deyilər, "Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?"

Bəqərə/2:281 Allaha döndəriləcəyiniz gündən çəkinin. Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcək.

Əraf/7:147 Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

Nəhl/16:111 O gün hər kəs gələr özünü qurtarmağa çalışar və hər kəsə etdiyinin qarşılığı tam ödənər və onlara əsla zülm edilməz.

Nəml/27:90 Kim pislik gətirərsə, atəşə üzüstə düşər. "Etdiklərinin qarşılığından başqasınımı gözləyirdin?"

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Ya sin/36:53 Sadəcə bir partlama... Dərhal hüzurumuza toplanıb gətirilərlər.
Ya sin/36:54 Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.

Saffat/37:38 Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39 Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.

Fussilət/41:28 Allahın düşmənlərinin cəzası bax bu atəşdir. Ayələrimizi bilə-bilə inkar etmələrinin bir qarşılığı olaraq orası onların əbədi yurdu olacaqdır.

Casiyə/45:28 Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."

Əhqaf/46:19 Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
Əhqaf/46:20 İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."

Tur/52:16 Orada yanın. İstər səbr edin, istər səbr etməyin sizin üçün dəyişməyəcəkdir. Etdiyinizin qarşılığını görməkdəsiniz.

Təhrim/66:7 Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.

Ənfal/8:50 İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
Ənfal/8:51 "Bu, əllərinizin etdiyinə qarşılıqdır. Allah əlbəttə qullara zalım deyildir."

Həcc/22:9 Allahın yolundan azdırmaq üçün təkəbbürlə cəhd edər. Bu dünya həyatında onun üçün rəzillik vardır. Dirilmə günündə də ona yandırıcı əzabı daddırarıq.
Həcc/22:10 "Bu, əllərinin sənin üçün edib önə sürdüyü işlərdən ötrüdür." Allah qullara zülm edən deyildir.

İsra/17:13 Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14 Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.

Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."

Qaf/50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.
Qaf/50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).

Ali İmran/3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?

Əraf/7:147 Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?

Nəhl/16:32 Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.

Tur/52:16 Orada yanın. İstər səbr edin, istər səbr etməyin sizin üçün dəyişməyəcəkdir. Etdiyinizin qarşılığını görməkdəsiniz.

Casiyə/45:22 Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.