بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
14:41 "Rəbbimiz! Hesabın görüləcəyi gün, məni, anamı, atamı və iman edənləri bağışla."
14:42 Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.
14:43 Başları boyunları üstündə sərt hərəkətsiz halda durmuş, göz qapaqlarını da qırpmadan qorxudan zehinləri bomboş bir halda qaçırlar.
14:44 İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?
14:45 Hətta, sizdən öncə özlərinə zülm edənlərin evlərinə yerləşmişdiniz və onlara etdiklərimiz də sizə bəlli olmuşdu. Üstəlik, sizə örnəklər də vermişdik.
14:46 Onlar planlarını qurdular, halbuki planları Allahın kontrolundaydı. Planları dağları yerindən oynadacaq qədər olsa belə...
14:47 Allahın, elçilərinə verdiyi sözdən dönəcəyini sanmayın. Allah əlbəttə Üstündür, Öc (İntiqam) alandır.
14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...
14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.
14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.