Ğafir - 40:29
"Ey xalqım! Hökmranlıq bu gün sizindir və ölkədə siz hakimsiniz. Ancaq Allahın qəzəbi bizə gələrsə, kim ona qarşı bizə yardım edə bilər?" Firon da, "Sizə öz fikrimi tövsiyə edirəm; sizə doğru yolu göstərirəm," dedi.
Musa ilə Fironun dialoqu:
Əraf/7:104
Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105
"Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106
Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Ta ha/20:47
"Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."
Ta ha/20:48
"Bizə vəhy edildi: 'Yalanlayıb üz çevirənlər cəzalandırılacaqdır.'"
Ta ha/20:49
(Firon) dedi ki: "Rəbbiniz kimdir, Musa?"
Ta ha/20:50
"Rəbbimiz, hər şeyə surətini verən və sonra yolunu göstərəndir!" dedi.
Ta ha/20:51
(Firon:) "Bəs keçmiş nəsillərin halı necə olacaq?" dedi.
Ta ha/20:52
(Musa dedi:) "Onların bilgisi Rəbbimin yanında qeyd edilmişdir (yazılıdır). Rəbbim yanılmaz, unutmaz."
Ta ha/20:53
O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.
Ta ha/20:54
Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.
Ta ha/20:55
Sizi o yerdən yaratdıq, sizi təkrar ona döndərəcəyik və bir dəfə yenə sizi oradan çıxardacağıq.
Ta ha/20:56
Ona bütün işarət və dəlillərimizi göstərməmizə rəğmən yalanlayıb rədd etdi.
Ta ha/20:57
(Firon) dedi ki, "Musa, sən bizi sehrinlə yurdumuzdan çıxarmaq üçünmü gəldin?"
Ta ha/20:58
"Biz də sənə (buna) bənzər bir sehr göstərəcəyik. Hər iki tərəf üçün də uyğun olan yerdə nə sənin, nə də bizim xilaf çıxa bilməyəcəyimiz bir görüş zamanı müəyyənləşdir."
Şuəra/26:16
"İkiniz Fironun yanına gedib deyin ki: "Biz aləmlərin Rəbbinin elçiləriyik!"
Şuəra/26:17
"İsrail oğullarını bizimlə birlikdə göndər."
Şuəra/26:18
Dedi ki, "Biz səni lap körpə ikən götürüb böyütmədikmi? Və həyatının neçə illərini aramızda keçirmədinmi?"
Şuəra/26:19
"Nəhayət edəcəyini etdin. Sən nankor birisən."
Şuəra/26:20
Dedi ki, "O işi gördüyüm zaman, yanlış yolda idim."
Şuəra/26:21
"Sonra, sizdən qorxduğum üçün sizdən qaçdım və Rəbbim mənə hikmət verib məni elçiliklə görəvləndirdi."
Şuəra/26:22
"Başıma qaxdığın bu yaxşılıq da, İsrail oğullarını kölələşdirməyin üzündəndir."
Şuəra/26:23
Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:25
(Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:27
Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:28
Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30
Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31
Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Qasas/28:36
Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
Qasas/28:37
Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Ğafir/40:23
Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24
Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.
Ğafir/40:25
Onlara Bizdən bir gerçəyi götürüncə, "Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə yaşadın," dedilər. İnkar edənlərin planı hər zaman azğınlıqdır.
Ğafir/40:26
Firon dedi, "Məni buraxın Musanı öldürüm ki, o da Rəbbinə yalvarsın. Sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə pislik çıxaracağından narahat oluram."
Ğafir/40:27
Musa dedi, "Mən, Hesab Gününə iman etməyən hər azğından Rəbbimə və sizin Rəbbinizə sığındım," dedi.
Ğafir/40:28
Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."
Ğafir/40:29
"Ey xalqım! Hökmranlıq bu gün sizindir və ölkədə siz hakimsiniz. Ancaq Allahın qəzəbi bizə gələrsə, kim ona qarşı bizə yardım edə bilər?" Firon da, "Sizə öz fikrimi tövsiyə edirəm; sizə doğru yolu göstərirəm," dedi.
Ğafir/40:30
İman etmiş adam dedi ki, "Ey xalqım, daha öncəki partiyaların (firqələrin) günü kimi bir aqibətə uğramanızdan qorxuram."
Ğafir/40:31
"Nuh, Ad, Səmud və onlardan sonrakıların vəziyyəti kimi. Əlbəttə Allah qullara haqsızlıq etmək istəməz."
Ğafir/40:32
"Xalqım, sizin üçün Toplanma Günündən qorxuram."
Ğafir/40:33
"O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."
Ğafir/40:34
Daha öncə Yusuf da sizə açıq-aşkar dəlillərlə gəlmişdi; fəqət sizə gətirdiyi mesajı sürəkli olaraq şübhə ilə qarşılamışdınız. Nəhayət o ölüncə, "Allah ondan sonra elçi göndərməyəcəkdir (O son elçidir)," demişdiniz. Allah, şübhədə həddi aşanı beləcə azdırır."
Ğafir/40:35
Allahın ayə və möcüzələrinə qarşı, heç bir dəlilə sahib olmadan mübahisə edənlər, həm Allah qatında və həm də iman edənlər qatında böyük bir öfkəyə müxatəbdir. Allah hər təkəbbürlü zorbanın qəlbini bax belə möhürləyər.
Ğafir/40:36
Firon dedi ki, "Haman, mənim üçün bir qüllə tik ki, yollara yetişim."
Ğafir/40:37
"Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."
Ğafir/40:38
İman edən adam dedi ki, "Ey xalqım, mənim ardımca gəlin ki, sizə doğru yolu göstərim."
Ğafir/40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Ğafir/40:40
Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.
Ğafir/40:41
"Ey xalqım, nə üçün mən sizi qurtuluşa çağırarkən, siz məni atəşə çağırırsınız?"
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:43
"Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."
Ğafir/40:44
"Sizə bu söylədiklərimi irəlidə xatırlayacaqsınız. Mən işimi Allaha buraxıram. Allah qullarını Görəndir."
Zuxruf/43:46
Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
Zuxruf/43:47
Möcüzələrimizi onlara götürdüyü zaman, o möcüzələrə gülmüşdülər.
Zuxruf/43:48
Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.
Zuxruf/43:49
"Ey sehrbaz, bizim üçün Rəbbinə dua et. Çünki sən Ona daha yaxınsan; biz bundan sonra yola gələcəyik," dedilər.
Zuxruf/43:50
Fəqət, onlardan fəlakəti qaldırdığımızda, sözlərindən dərhal döndülər.
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53
"Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54
Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.