Fussilət - 41:32
"Bağışlayan və Rəhmli olandan bir qarşılama olaraq."
Rəbbimiz iman edənləri cənnətlərində qarşılayar:
Zuxruf/43:69
Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70
Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Zuxruf/43:71
Onlara qızıl sinilər və piyalələrlə verilər. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
Məaric/70:35
Onlar cənnətlərdə qarşılanarlar.
Maidə/5:12
Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Saffat/37:40
Özlərini sadəcə Allaha həsr etmiş qulları xaric.
Saffat/37:41
Onlar məlum bir ruziyə layiqdirlər.
Saffat/37:42
Meyvələrlə qarşılanacaqlar.
Saffat/37:43
Nemət cənnətlərində.
Saffat/37:44
Qarşılıqlı taxtlar üzərində.
Saffat/37:45
Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:46
Durudur, içənlərə zövq və ləzzət verir.
Saffat/37:47
Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.
Saffat/37:48
Yanlarında da, gözlərinin içinə baxan gözəl eşlər...
Saffat/37:49
Qorunmuş yumurtalar kimidirlər.
Ya sin/36:26
(Ölüm anında) Ona, "Cənnətə gir," deyilər. "Kaş ki, mənim xalqım bir bilsəydi..."
Ya sin/36:27
"Rəbbimin məni bağışladığını və məni (hörmətli) qarşıladığını..."
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Fussilət/41:31
"Dünya həyatında da, axirətdə də sizin dostlarınız bizik. Orada nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır."
Fussilət/41:32
"Bağışlayan və Rəhmli olandan bir qarşılama olaraq."