Fussilət - 41:37
Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Ona qulluq edəcəksinizsə.
İman edənlər üçün göylərdə və yerdə ayələr (işarətlər):
Hicr/15:19
Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.
Hicr/15:20
Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.
Hicr/15:22
Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
Ta ha/20:54
Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.
Nəml/27:61
Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Fussilət/41:9
De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."
Fussilət/41:10
Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.
Zuxruf/43:10
O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.
Zuxruf/43:11
O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.
Zuxruf/43:12
O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.
Qaf/50:7
Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və cürbəcür gözəl bitkilər.
Qaf/50:9
Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.
Qaf/50:10
Salxım-salxım tumurcuqlara sahib yüksək xurma ağacları yetişdirdik.
Mulk/67:21
O, verdiyi qidaları kəssə, sizi qidalandıracaq olan kimdir? Gerçəkdən azğınlıq və nifrət içində inadkarlıq edirlər.
Nuh/71:19
Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.
Nuh/71:20
(Ona görə) ki, orada geniş yollarda gedəsiniz.
Mursəlat/77:27
Üzərinə yüksək dağlar yerləşdirib sizə dadlı su içirtmədikmi?
Bəqərə/2:164
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
Yunus/10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Yunus/10:91
"Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."
Yunus/10:92
"Səndən sonrakı nəsillərə ibrət olmağın üçün bu gün sənin cəsədini qoruyacağıq. Lakin insanların əksəriyyəti işarətlərimizdən xəbərsizdirlər."
Yusuf/12:105
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, yanından diqqətsizcə keçərlər.
Rad/13:3
O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Rad/13:4
Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Hicr/15:72
Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.
Hicr/15:73
Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.
Hicr/15:74
Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.
Hicr/15:75
Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.
Hicr/15:76
Və o (xaraba şəhər), yol üzərində durmaqdadır.
Hicr/15:77
Bunda, iman edənlər üçün bir işarət vardır.
Nəhl/16:12
Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:13
Və sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:15
Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Nəhl/16:65
Allahın göydən bir su endirdiyini, onunla ölümündən sonra torpağı diriltməsində, dinləyən bir topluluq üçün bunda dəlillər vardır.
Nəhl/16:66
Sizin üçün kənd təsərrüfatı heyvanlarında da dərslər vardır. İçməyiniz üçün qarınlarından, yəni həzm olunmuş qida ilə qan arasından çıxan bir maddəni sizə sunuruq. İçilməsi ləzzətli (olan) saf süd.
Nəhl/16:67
Və xurma ağaclarının meyvələrindən, üzümlərdən həm sərxoşedici içkilər, həm də gözəl bir ruzi əldə edərsiniz. Dərk edən bir camaat üçün bunda bir işarət vardır.
Kəhf/18:17
Dan ağardığında, onlar mağara boşluğunda ikən, mağaralarının üzərindən günəşin sağa doğru hərəkət etdiyini, batdığı zaman da onları sıyırıb sola doğru əyildiyini görərdin. Bu Allahın işarətlərindəndir. Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, onun üçün aydınladan (yol göstərən) bir dost tapa bilməzsən.
Ta ha/20:53
O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.
Ta ha/20:54
Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.
Ta ha/20:128
Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
Ənbiya/21:31
Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
Ənbiya/21:32
Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.
Ənbiya/21:37
İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Sizə ayələrimi (işarətlərimi) göstərəcəyəm; tələsməyin.
Ənbiya/21:91
Və ismətini qoruyan qadın da... Həqiqətən ona ruhumuzdan üfürmüşdük. Onu və oğlunu bütün dünyaya bir işarət etdik.
Muminun/23:21
Kənd təsərrüfatı heyvanlarında sizin üçün bir dərs vardır. Qarınlarındakı maddədən sizə içirdirik, onlarda sizin üçün bir çox faydalar mövcuddur; hətta onlardan yeyirsiniz.
Muminun/23:50
Məryəm oğlunu və anasını bir işarət etdik və onları məskunlaşmaq üçün əlverişli və çeşməsi olan bir təpədə yerləşdirdik.
Nur/24:44
Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.
Şuəra/26:7
Yer üzünə baxmırlarmı, onda cürbəcür neçə-neçə gözəl bitkilər bitirmişik?
Şuəra/26:8
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Nəml/27:86
Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Rum/30:20
Sizi bir torpaqdan yaratması və sonra yayılıb çoxalan insanlar olmağınız Onun ayələrindəndir.
Rum/30:21
Onlarla rahatlaşıb hüzur tapasınız deyə, sizin üçün sizin cinsinizdən zövcələr yaratması və aranıza dostluq sevgisi və mərhəmət qoyması Onun ayələrindəndir. Düşünən bir camaat üçün bunda işarətlər vardır.
Rum/30:22
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun ayələrindəndir. Bilənlər üçün bunda işarələr vardır.
Rum/30:23
Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.
Rum/30:24
Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.
Rum/30:25
Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.
Loğman/31:31
Sizə bəzi ayələrini göstərmək üçün, Allahın lütfü ilə gəmilərin dənizdə axıb getdiyini görmürsünüz? Hər səbr edən və şükür edən üçün bunda dərslər vardır.
Səcdə/32:26
Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
Səcdə/32:27
Verimsiz torpağa suyu göndərərək onların və kənd təsərrüfatı heyvanlarının yediyi əkinləri bitirdiyimizi qavramırlarmı? Görmürlərmi?
Səba/34:9
Göylərdə və yerdə, önlərində və arxalarında olanlara baxmadılarmı? İstəsək onları yerə batırar və ya göydən üzərlərinə parçalar düşürərik. Hər yönələn qul üçün əlbəttə bunda bir işarət vardır.
Ya sin/36:33
Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34
Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.
Ya sin/36:35
(Ona görə) ki, onun məhsullarından və əlləri ilə yetişdirdiklərindən yesinlər. Şükür etməyəcəklərmi?
Ya sin/36:36
Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
Ya sin/36:37
Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.
Ya sin/36:38
Günəş müəyyən edilmiş öz yolunda axıb getməkdədir. Bu Üstün və Hikmət Sahibi Olanın qurduğu bir nizamdır.
Ya sin/36:39
Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
Ya sin/36:40
Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.
Ya sin/36:41
Onlar üçün başqa bir ayə də, insan soyunu daşımağımızdır, yüklü gəmidə.
Saffat/37:133
Lut da elçilərdən biri idi.
Saffat/37:134
Onu və ailəsini toplu şəkildə qurtardıq.
Saffat/37:135
Ancaq geridə qalan yaşlı qadın xaric.
Saffat/37:136
Sonra digərlərini məhv etdik.
Saffat/37:137
Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,
Saffat/37:138
Və gecə vaxtı. Ağlınızı işlətmirsiniz?
Zumər/39:42
Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.
Ğafir/40:13
O ki, sizə ayələrini (dəlillərini və işarələrini) göstərməkdə və sizin üçün göydən bir ruzi endirməkdədir. Tamamilə yönəlib təslim olandan başqası ibrət almaz.
Ğafir/40:79
Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.
Ğafir/40:80
Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.
Ğafir/40:81
Sizə işarətlərini göstərir. Allahın hansı işarətini inkar edirsiniz?
Fussilət/41:37
Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Ona qulluq edəcəksinizsə.
Fussilət/41:38
Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.
Fussilət/41:39
Qupquru gördüyün torpağın üzərinə su yağdırdığımız vaxt onun titrəyib qabarması da Onun ayələrindəndir. Onu dirildən ölüləri də dirildər. O, hər şeyə Gücü Yetəndir.
Fussilət/41:53
Onun gerçək olduğu onlara açıq-aşkar olana qədər, onlara üfüqlərdə və öz içlərində ayələrimizi (işarət və dəlillərimizi) göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması yetərli deyilmi?
Zuxruf/43:57
Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58
"Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.
Zuxruf/43:59
O, özünə yaxşılıq etdiyimiz bir quldan başqa bir şey deyildi. Onu İsrail oğullarına bir örnək etdik.
Zuxruf/43:60
İstəsəydik sizi, yer üzünü koloniya halına gətirən mələklərə çevirərdik.
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Casiyə/45:3
İman edənlər üçün göylərdə, yerdə dərslər vardır.
Zəriyət/51:20
Qəti iman edənlər üçün yerdə ayələr (işarət və dəlillər) vardır.
Zəriyət/51:21
Öz içinizdə də... görmürsünüz?