بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
36:23 "Ondan başqa tanrılarmı qəbul edim? Əgər Rəhman mənə zərər vermək istəsə, nə onların şəfaəti mənə bir fayda verə bilər, nə də məni qurtara bilərlər."
36:26 (Ölüm anında) Ona, "Cənnətə gir," deyilər. "Kaş ki, mənim xalqım bir bilsəydi..."
36:28 Ondan sonra Biz, xalqının üzərinə göydən bir ordu endirmədik; endirməyi lazım bilmədik.
36:30 Xalqın halı çox yazıq (acınacaqlı) oldu. Onlara hər nə zaman bir elçi gəlsə, ona istehza edirdilər.
36:31 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha onlara (geri) dönmədiklərini görmürlərmi?
36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
36:34 Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.
36:35 (Ona görə) ki, onun məhsullarından və əlləri ilə yetişdirdiklərindən yesinlər. Şükür etməyəcəklərmi?
36:36 Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
36:37 Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.
36:38 Günəş müəyyən edilmiş öz yolunda axıb getməkdədir. Bu Üstün və Hikmət Sahibi Olanın qurduğu bir nizamdır.
36:39 Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
36:40 Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.