Fussilət - 41:7
"(Ona görə) ki, zəkatı verməzlər və onlar axirəti də inkar edərlər."
Allah, axirət inancına əlavə inanclar yükləyənləri də, ayrıca axirət inkarçısı olaraq qəbul edər. Örnək olaraq, Mələkləri dişilər olaraq dəyərləndirmək, dirilmə günündə başqalarının yardımını ümid edərək və ya sonsuz cəhənnəmi müəyyən günlərlə məhdudlaşdırmaq kimi..."
Ənam/6:150
De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
İsra/17:45
Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46
Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
Zumər/39:45
Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Zuxruf/43:19
Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Nəcm/53:27
Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.
Bəqərə/2:80
"Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"