Əhqaf - 46:20 İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."
Dirilmə günü alçaldılma:
Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.

Ğafir/40:71 Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.

Qaləm/68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.


Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

Fussilət/41:16 Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.