Əhqaf - 46:20
İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."
Nə üçün yoldan çıxarlar?
Nisa/4:115
Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.
Maidə/5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:110
İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Ənam/6:111
Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Yunus/10:96
Rəbbinin qərarıyla məhkum edilənlər iman etməzlər.
Yunus/10:97
Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).
Casiyə/45:23
Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?
Munafiqun/63:3
Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.