Nisa - 4:164 Sənə öncədən anlatdığımız elçilərə və anlatmadığımız elçilərə də... Və Allah Musa ilə də kəlmələrlə danışmışdı.
Allahın Musa ilə danışması:
Bəqərə/2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.

Nisa/4:164 Sənə öncədən anlatdığımız elçilərə və anlatmadığımız elçilərə də... Və Allah Musa ilə də kəlmələrlə danışmışdı.

Əraf/7:144 Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."

Məryəm/19:51 Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:52 Ona Tur dağının sağ tərəfindən səsləndik. Danışmaq üçün onu yaxınlaşdırdıq.

Ta ha/20:10 Bir atəş görmüşdü və ailəsinə, "Burada dayanın, Mən bir atəş gördüm. Ola bilər ki, sizə ondan bir köz gətirərəm, yaxud atəşin yanında bir yol göstərici taparam," demişdi.
Ta ha/20:12 "Mən, bəli Mən sənin Rəbbinəm. Nəleyinini (başmaqlarını) çıxart. Çünki sən müqəddəs vadidə, Tuvadasan."
Ta ha/20:13 "Mən səni seçdim, elə isə vəhy olunanı dinlə."
Ta ha/20:14 "Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
Ta ha/20:15 Dünyanın sonu əlbəttə gələcəkdir. Hər kəs etdiyinin qarşılığını görsün deyə Mən az qala onu gizləyəcəyəm.
Ta ha/20:16 Ona iman etməyib istəyinə uyanlar səni ondan yayındırmasın, sonra başın üstünə yıxılarsan.
Ta ha/20:18 "O, mənim dəyənəyimdir. Ona söykənirəm, onunla qoyunlarıma yarpaq silkələyirəm və mənə əlavə başqa faydaları da toxunmaqdadır," dedi.
Ta ha/20:21 Dedi, "Götür onu, qorxma. Onu ilk halına salacağıq.
Ta ha/20:22 "Bir başqa dəlil olaraq, əlini qoltuğunun altına qoy; ləkəsiz ağappaq olaraq çıxsın."
Ta ha/20:23 "Beləcə sənə ən böyük möcüzələrimizdən bəzilərini göstərək."

Nəml/27:7 Bir vaxt Musa ailəsinə belə demişdi: "Mən, bir atəş gördüm, sizə ondan bir xəbər gətirim, yaxud bir məşəl gətirim ki, qızınasınız.
Nəml/27:8 Oraya yetişincə ona, "Atəşin içində olan da, çevrəsində olan da mübarəkdir," deyə səslənildi. Aləmlərin Rəbbi olan Allah çox ucadır!
Nəml/27:9 "Musa, bu Mənəm, Mən Üstün və Hikmət sahibi olan Allaham!"
Nəml/27:10 "Dəyənəyini at." Onu kiçik bir ilan kimi titrəşdiyini görüncə, arxasına dönüb baxmadan qaçdı. "Musa, qorxma; elçilər hüzurumda qorxmazlar."
Nəml/27:11 "Ancaq kim zülm edərsə, sonra günahlarını buraxıb yaxşılıq edərsə, ona qarşı Mən Bağışlayıcıyam, Rəhmliyəm!"
Nəml/27:12 "Əlini qoynuna sal ki; qüsursuz ağappaq olaraq çıxsın. Firon və xalqına göstərəcəyin doqquz möcüzədən biridir. Onlar yoldan çıxan bir camaatdırlar."

Qasas/28:29 Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.
Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.

Naziat/79:16 Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi: