Nisa - 4:20
Mövcud arvadınızı buraxıb bir başqa arvadla evlənmək istəyirsinizsə, birincisinə böyük miqdarda mal vermiş olsanız belə ondan heç bir şeyi geri almayın. Saxtakarlıq və iftira edərək və günah işləyərəkmi geri alacaqsınız?
Quranda boşanma hüququ:
Nisa/4:35
Evli cütlüyün aralarının pozulmasından narahatsınızsa, kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif təyin etməlisiniz. (Arvad və Ər) barışmağı istəyərlərsə, Allah ikisinin arasını birləşdirər. Allah Bilir, Xəbərdardır.
Bəqərə/2:226
Qadınlarını boşamaq istəyənlər (doğru bir qərar üçün) dörd ay gözləməlidir. Əgər onlar fikirlərindən dönüb anlaşarlarsa, Allah Bağışlayandır, Rəhmlidir.
Bəqərə/2:227
Boşanmağa qərar veriblərsə, Allah Eşidən və Biləndir!
Bəqərə/2:228
Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
Bəqərə/2:229
Boşanma iki dəfədir. Boşanmış qadınları ya yaxşılıqla saxlamaq, ya da yaxşılıqla buraxmaq gərəkdir. Onlara verdiyiniz şeyləri geri almanız sizə halal olmaz; hər ikisi Allahın hədlərini qoruya bilməməkdən qorxarlarsa başqa. Allahın hədlərini qoruya bilməməkdən qorxarsınızsa, o zaman qadının istəyərək geri verdiyi şeylərə görə günaha girməzlər. Bunlar Allahın hüdudlarıdır; onları pozmayın! Allahın hüdudlarını kimlər pozarsa, məhz onlar zalımlardır.
Bəqərə/2:230
Qadını yenə (üçüncü dəfə) boşayarsa, qadın başqa birisi ilə evlənmədikcə ona bundan sonra halal olmaz. Allahın qayda-qanununa riayət edəcəklərinə inanırlarsa təkrar bir-birlərinə dönmələrində bir qəbahət yoxdur. Bu Allahın qanunudur; onu bilən bir camaat üçün açıqladıq.
Bəqərə/2:231
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.
Bəqərə/2:232
Boşanan qadınlar gözləmə müddətlərini bitirdikdən sonra, ərləriylə gözəlliklə anlaşdıqları təqdirdə o qadınların təkrar evlənmələrinə əngəl olmayın. İçinizdən Allaha və axirət gününə iman edən kimsələr bundan öyüd alır. Bu sizin üçün daha pak və daha sağlamdır. Siz bilməsəniz də Allah bilir.
Bəqərə/2:233
Əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün analar körpələrini tam iki il əmizdirməlidir. Ananın yeyəcək və geyəcək ehtiyacını isə uşağın atası gözəl və uyğun bir şəkildə qarşılamalıdır. Heç kəsə qüvvəsindən artıq məsuliyyət yüklənməz. Nə ana uşağına görə, nə də atası uşağına görə zərərə soxulmasın. Bunu gerçəkləşdirmək mirasçısının da görəvidir. Ana və ata danışıb razılaşdıqdan sonra süddən kəsmək istəyərsə, ikisinə də bir günah yoxdur. Uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, haqqını uyğun bir şəkildə ödədiyiniz müddətcə sizə bir öhdəlik yoxdur. Allahı dinləyin, Allah etdiklərinizi Görür.
Bəqərə/2:234
İçinizdən ölən kişilərin geridə buraxdığı zövcələri dörd ay və on (gün) gözləyərlər. Müddətlərini bitirincə artıq özləri üçün uyğun olanı etmələrində sizə məsuliyyət yoxdur. Allah etdiklərinizdən Xəbərlidir.
Bəqərə/2:235
Evlənmə təkliflərinizi o qadınlara bildirmənizdən, ya da bu niyyətinizi içinizdə saxlamağınızdan ötrü sizə bir günah yoxdur. Allah onlar haqqında düşünəcəyinizi bilir. Onlarla uyğun və müttəqi bir şəkildə danışma məqsədindən xaric gizlicə sözləşib görüşməyin. Gözləmə müddətləri bitmədən onlarla nikah bağını qurmağa çalışmayın. Bilin ki, Allah içinizdə olanı bilir; elə isə Ondan çəkinin. Yenə bilin ki, Allah Bağışlayandır, Şəfqətlidir!
Bəqərə/2:236
Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
Bəqərə/2:237
Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.
Bəqərə/2:240
Ölüb və geriyə zövcələr buraxan kişiləriniz, zövcələrinin evlərindən çıxarılmadan bir il boyunca dolanışıqlarının təmin edilməsini vəsiyyət etsinlər. Çıxarlarsa, özləri üçün uyğun olanı etmələrindən siz məsuliyyətli deyilsiniz. Allah Güclüdür, Hikmət Sahibidir.
Bəqərə/2:241
Boşanmış qadınlar üçün də uyğun bir dolanışıq yardımı edilməlidir. Bu, müttəqi şəxslərin görəvidir.
Nisa/4:35
Evli cütlüyün aralarının pozulmasından narahatsınızsa, kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif təyin etməlisiniz. (Arvad və Ər) barışmağı istəyərlərsə, Allah ikisinin arasını birləşdirər. Allah Bilir, Xəbərdardır.
Əhzab/33:49
Ey iman edənlər, iman edən qadınları nikahladıqdan sonra, onlarla cinsi əlaqəyə girmədən boşasanız, (başqa biri ilə evlənmələrindən öncə) onların sizə bir gözləmə müddəti borcu yoxdur.
Talaq/65:1
Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.
Talaq/65:2
(Gözləmə) müddətlərini tamamladıqları zaman, onları gözəl şəkildə saxlayın, yaxud gözəl şəkildə ayırın. İçinizdən ədalətli iki nəfəri də bu işə şahid tutun. Şahidliyi Allah üçün edin. Məhz bu, Allaha və axirət gününə iman edənlər üçün bir öyüddür. Kim Allahı saya salıb dinləyərsə, ona bir çıxış yolu yaradar.
Talaq/65:3
Və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha güvənərsə, O, ona yetər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Talaq/65:4
Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.
Talaq/65:5
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahı dinləyərsə, onun pisliklərini örtər və mükafatını böyüdər.
Talaq/65:6
O qadınları, imkanınız daxilində, yaşadığınız yerdə sakin edin. Ayrılmağa məcbur etmək üçün onları narahat etməyin. Hamilədirlərsə, yüklərini yerə qoyuncaya qədər onların dolanışıqlarını təmin edin. Sizin üçün əmizdirərlərsə, ücrətlərini ödəyin. Aranızda gözəl bir əlaqə qurun. Çətinliklə qarşılaşsanız, onu başqa bir qadın əmizdirəcəkdir.
Talaq/65:7
Varlı kimsə imkanı daxilində nəfəqə yardımı etsin. İmkanı az olan isə, Allahın ona verdiyindən versin. Allah bir kimsəyə vermiş olduğundan artıq bir məsuliyyət yükləməz. Allah çətinlikdən sonra asanlıq gətirəcəkdir.
Nisa/4:19
Ey iman edənlər! Qadınların mirasına onların istəklərinə zidd olaraq mirasçı olmanız sizin üçün qanuni deyil. Onlara öncədən vermiş olduğunuz malları onlardan geri almaq üçün onları sıxışdırmayın. Fahişəlik etmələri istisna. Onlarla yaxşı keçinin. Onlardan xoşlanmırsınızsa, ola bilər ki, xoşlanmadığınız bir şeyə Allah çox xeyir qoşmuşdur.
Nisa/4:20
Mövcud arvadınızı buraxıb bir başqa arvadla evlənmək istəyirsinizsə, birincisinə böyük miqdarda mal vermiş olsanız belə ondan heç bir şeyi geri almayın. Saxtakarlıq və iftira edərək və günah işləyərəkmi geri alacaqsınız?
Nisa/4:21
Bir zamanlar bir-birinizin ən yaxın daxili-xarici dostu olmağınıza və sizdən sağlam bir söz almalarına rəğmən necə olur ki, onu geri alırsınız?