Nisa - 4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Elçilərin görəvi nədir?
Bəqərə/2:119 Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.

Ali İmran/3:20 Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.

Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.
Maidə/5:92 Allaha tabe olun, elçiyə tabe olun və diqqətli olun. Üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən görəv, açıq-aydın bildirməkdir.
Maidə/5:99 Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.

Hud/11:57 "Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."

Rad/13:40 Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.

Nəhl/16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Nəhl/16:44 Sənədlər və kitablarla... Sənə bu mesajı nazil etdik ki, onlara nazil ediləni insanlara açıqlayasan (bildirəsən) və onlar da düşünsünlər.
Nəhl/16:64 Sənə bu kitabı nazil etdik ki, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuları onlara bildirəsən. Bu kitab, iman edən bir topluluq üçün bir yol göstəricidir, bir rəhmətdir.
Nəhl/16:82 Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.

Nur/24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.

Furqan/25:56 Biz səni bir müjdələyici və xəbərdarlıq etməkdən başqa bir görəvlə göndərmədik.

Ənkəbut/29:18 Yalanlayarsanız, sizdən öncəki camaatlar da yalanlamışdılar. Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir.

Ya sin/36:14 Onlara iki elçi göndərmişdik, ikisini də yalanladılar. Bunun üzərinə üçüncü biri ilə dəstəkləmişdik. "Biz sizə göndərilən elçilərik," demişdilər.
Ya sin/36:15 Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
Ya sin/36:16 Dedilər ki, "Rəbbimiz bilir ki, biz sizə göndərildik."
Ya sin/36:17 "Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.

Əhqaf/46:23 "Onun bilgisi sadəcə Allahın yanındadır. Mən mənimlə göndərilən şeyi sizə bildirirəm; Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."

Təğabun/64:12 Allaha tabe olun, elçisinə tabe olun. Üz çevirsəniz, elçimizin görəvi açıq-aydın bildirməkdən ibarətdir.

Cinn/72:20 De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."
Cinn/72:21 De ki, "Mən sizə nə zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm."
Cinn/72:22 De ki, "Heç kimsə məni Allaha qarşı müdafiə edə bilməz, Ondan başqa sığınacaq da tapa bilmərəm."
Cinn/72:23 "Ancaq Allahdan bir bildirişi və mesajını çatdırıram." Artıq kim Allaha və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı cəhənnəm atəşinə layiqdir.