بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
24:41 Cərgələr halında uçan quşlar daxil, göylərdə və yerdə olan hər kəsin Allahı ucaltdığını görmürsənmi? Hər biri öz duasını və ucaltma yöntəmini bilir. Allah onların etdiklərini yaxşı bilir.
24:43 Bilmirsənmi ki, Allah buludları sürüyər, sonra onları birləşdirər, sonra onları bir-birinin üstünə yığar və sən də yağmurun onların arasından çıxdığını görürsən? Göydən, böyük kütlələrdən dolu yağdırar, istədiyi kimsəni ona məruz qoyar və istədiyindən də onu uzaq tutar. Şimşəyinin parıltısı az qala gözləri alır.
24:44 Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.
24:45 Allah bütün canlıları sudan yaradır. Onlardan bəzisi qarnı üzərində yeriyir, bəzisi iki ayaqları üzərində yeriyir, bəzisi də dörd ayaq üzərində yeriyir. Allah istədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.
24:46 Açıq-aşkar ayələr nazil etmişik. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
24:47 "Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
24:48 Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.
24:50 Qəlblərində bir xəstəlikmi var? Şübhəmi edirlər? Allahın və elçisinin onlara haqsızlıq edəcəyindənmi qorxmaqdadırlar? Əslində onlar zalımlardır.
24:51 Aralarında hökm vermək üçün, Allaha və elçisinə tərəf çağırıldıqları zaman iman edənlər yalnızca bunu söyləyərlər: "Eşitdik və tabe olduq." Qazananlar məhz bunlardır.
24:52 Allaha və elçisinə tabe olan, Allaha hörmət edib Onu dinləyən kimsələr üstün gələnlərdir.
24:53 Onlara əmr etdiyin təqdirdə çıxacaqlarına dair andlarının ən ciddi olanı ilə Allaha and içdilər. De ki, "And içməyin. Necə itaət etdiyiniz ortadadır. Allah etdiyiniz hər şeydən xəbərdardır."
24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.
24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
24:57 İnkar edənlərin Bizi aciz buraxacaqlarını sanmayın. Onların gedəcəyi yer atəşdir; necə də pis bir gediş yeridir.
24:58 Ey iman edənlər! Əmriniz altında çalışanlar və sizdən hələ yetkinlik yaşına çatmamış olanlar üç dəfə izin almalıdırlar: səhər namazından öncə, günorta vaxtında dincəlmək üçün paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra... Bunlar, sizin xüsusi üç vaxtınızdır. Bunların xaricində, bir-birinizin yanına girib çıxmaqda bir məhzur yoxdur. Allah ayələri sizə belə açıqlayır. Allah Biləndir, Hikmət sahibidir.
24:59 Övladlarınız yetkinlik yaşına yetişincə, onlardan öncəki yetişkinlərin izin istədikləri kimi onlar da (xüsusi otağınıza girmədən öncə) izin istəsinlər. Allah ayələrini sizə belə açıqlayır. Allah Biləndir, Hikmət sahibidir.
24:60 Evlənmə gözləntisi olmayan yaşlı qadınların, cəlbedici yerlərini açığa qoymamaq şərti ilə üst geyimlərini buraxmalarında (soyunmalarında) bir məhzur yoxdur. İffətli davranmaları özləri üçün daha yaxşıdır. Allah Eşidəndir, Biləndir.