Nisa - 4:7
Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan kişilərə bir pay vardır. Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan qadınlara da bir pay var. Miras istər az olsun, istər çox olsun (qadın) bir pay almalıdır.
Yoxsullar haqqında Quranın proqnozu:
Bəqərə/2:273
(Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.
Nisa/4:36
Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Bəqərə/2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:215
Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.
Nisa/4:8
Mirasın bölgü vaxtında, əqrəbalar, yetimlər və yoxsullar da iştirak edərlərsə, gözəl sözlər söyləyərək onlara da verin.
Maidə/5:89
Allah qəsdiniz olmadan içdiyiniz andlardan sizi məsuliyyətli tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlardan sizi məsuliyyətli tutar. Andınızı pozsanız cəzası, ailənizə ümumi olaraq yedirtdiyiniz yeməklərdən on yoxsulu doyurmaq və ya geyindirmək və ya bir köləni azad etməkdir. Kim tapa bilməzsə üç gün oruc tutmalıdır. Bu, bilə-bilə içdiyiniz andlarınızın cəzasıdır. Andlarınızı qoruyun. Allah gözəl qarşılıq verəsiniz deyə ayələrini bu cür açıqlayır.
Tovbə/9:60
Sədəqələr, Allahdan bir öhdəlik olaraq yalnız yoxsullara, gücsüzlərə (kasıblara), bu sahədə çalışan görəvlilərə, rəğbət bəsləyənlərə, kölələrin azadlığı üçün, borclulara, Allah yoluna və yolda qalmışlara verilməlidir. Allah Biləndir, Hikmət sahibidir.
Həcc/22:28
(Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
Həcc/22:36
Allaha qulluğun bir işarəti olaraq, heyvanların qurban edilməsində sizin üçün faydalar mövcuddur. Onlar sırada düzülmüş halda üzərlərində Allahın ismini xatırlamalısınız. Yanları üzərinə düşdükləri zaman da onlardan yeyin və dilənənə də, dilənməyən yoxsula da yedirdin. Şükür edəsiniz deyə onları sizə amadə qıldıq.
Nur/24:22
Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.
Rum/30:38
Elə isə yaxınlığı olanlara haqlarını ver, yoxsula və yolçuya da... Allahın rizasını diləyənlər üçün bu daha yaxşıdır; onlar uğur qazananlardır.
Zəriyət/51:19
Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.
Munafiqun/63:10
Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.
Məaric/70:24
Paralarında (pullarında) bilinən bir pay (zəkat) ayrılmışdır,
Məaric/70:25
İstəyən miskinə və imkanı olmayan yoxsula...
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
Fəcr/89:18
Yoxsulu yedirtməyə bir-birinizi təşviq etmirsiniz.
Bələd/90:12
Çətin yolun nə olduğunu bilirsənmi?
Bələd/90:13
Kölələri özgürlüklərinə qovuşdurmaqdır;
Bələd/90:14
Qıtlıq anında doyurmaqdır:
Bələd/90:15
Əqrəba bir yetimi,
Bələd/90:16
Yaxud gücünü itirmiş bir yoxsulu...