Hədid - 57:19
Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
Quran, insanları qaranlıqlardan (şeytani doktrinalardan), aydınlığa/ən doğru yola (Allaha qulluğa/xidmətə) yetişdirən nurdur, rəhbərdir. Dünya həyatında doğru yolu seçib, bu nur əsasında çabalayarıqsa, Axirətdə nurumuz tamamlanacaq, tam mənası ilə doğru yola yetişdirilib, mükəmməl bir qul halına gətiriləcəyik:
Əraf/7:201
Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
Nisa/4:174
Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və üzərinizə açıq-aşkar bir nur endirdik.
Nisa/4:175
Allaha iman edib və Ona sarılanları isə Öz rəhmətinə və lütfünə daxil edəcək, onları ən doğru bir yola salaraq Özünə tərəf yönəldəcəkdir.
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
Əhzab/33:43
O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.
Əhzab/33:45
Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Əhzab/33:46
Allaha, Onun izni ilə çağıran bir dəvətçi və aydınladıcı bir nur olaraq...
Şura/42:52
Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
Hədid/57:9
Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.
Hədid/57:28
Ey iman edənlər, Allaha hörmət qoyub dinləyin və elçisinə iman edin ki, rəhmətindən sizə iki pay versin, sizə, aydınlığında yeriyə biləcəyiniz bir nur bəxş etsin və sizi bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.
Təhrim/66:8
Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.
Muhəmməd/47:4
Savaşda inkar edənlərlə qarşılaşdığınızda kontrol mərkəzlərini vurun. Axırda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında sərbəst buraxın. Savaşa son qoyulana qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdindən qurtarardı; ancaq O sizi beləcə bir-birinizlə sınamaqdadır. Allah yolunda öldürülənlərə gəlincə, onların etdiklərini boşa çıxarmayacaqdır.
Muhəmməd/47:5
Onlara yol göstərəcək və işlərini düzəldəcəkdir.
Muhəmməd/47:6
Onları özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir.
Əraf/7:43
Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.
Yunus/10:9
İman edib müttəqi işlər görənlərə gəlincə, Rəbləri inanclarına görə onları doğruya yönəldir. Nemət cənnətlərində ayaqlarının altından çaylar axar.
Hicr/15:46
Oraya sülh və güvənlik içində daxil olun.
Hicr/15:47
Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Həcc/22:23
Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Həcc/22:24
Onlar sözün gözəlinə yönəldilmişlərdir, onlar Ən Çox Təriflənənin yoluna yönəldilmişlərdir.
Nisa/4:167
İnkar edənlər və Allah yolundan yayındıranlar, tamamilə azmış olar.
Nisa/4:168
İnkar edib zülm edənləri Allah nə bağışlayacaq, nə də onlara bir yol göstərəcəkdir.
Nisa/4:169
Yalnız cəhənnəmin yolu xaric. Orada sürəkli qalacaqlar. Bu, Allah üçün çox asandır.
İsra/17:72
Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.
İsra/17:97
Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
Ta ha/20:124
"Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ta ha/20:125
(O:) "Rəbbim, toplantı ərazisinə məni niyə kor olaraq sürüdün, halbuki mən görürdüm?" deyər.
Ta ha/20:126
(Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"
Ta ha/20:127
Həddi aşanları və Rəbbinin ayə və möcüzələrinə iman etməyənləri bax belə cəzalandırarıq. Axirətin cəzası əlbəttə daha çətin və daha sürəklidir.
Məryəm/19:38
Bizə gəldikləri gün onları dinlə və seyr et. Zalımlar, o gün açıq-aşkar bir azğınlıq içindədirlər.