Mucadilə - 58:13 Xüsusi görüşmənizdən öncə bir sədəqə verməkdən çəkindinizmi ki, onu yerinə yetirmədiniz? Allah tövbənizi qəbul edər. Namazı qoruyun, zəkatı verin, Allaha və elçisinə tabe olun. Allah etdiklərinizdən xəbərdardır.
Kitaba tabe olmaq; Elçiyə, dolayısıyla Allaha tabe olmaq deməkdir:
Ali İmran/3:132 Allaha və Elçiyə itaət edin, sizə mərhəmət edilsin.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.

Maidə/5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.

Nisa/4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.

Nur/24:54 De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.

Şuəra/26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"

Əhzab/33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.

Hədid/57:8 Rəbbinizə iman etməyiniz üçün elçi sizi çağırdığı halda sizə nə olur ki, hələ də Allaha iman etmirsiniz? Həm də, O, sizdən söz almışdı, əgər iman edirsinizsə.