Həşr - 59:17 Hər ikisi də əbədi qalacaqları atəşdə qaldılar. Zalımların cəzası bax belədir.
6: 128, 129, 130 dirilmədə insan və şeytan bərabərləşməsi: Əlaqəli

Qaf/50:20 Boruya üfürülmüşdür. Bu, söz verilən gündür.
Qaf/50:21 Hər can yanında bir sürücü və bir şahid ilə gələr.
Qaf/50:22 Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Qaf/50:23 Yanındakı yoldaşı, "Bu yanımdakı hazırdır" deyər.
Qaf/50:24 Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,
Qaf/50:26 O ki, Allah ilə birlikdə başqa tanrı qəbul etdi. Onu o çətin (şiddətli) cəzanın içinə atın.

Həşr/59:15 Özlərindən qısa bir müddət öncə keçmiş olanlara bənzəyirlər. Onlar, işlədiklərinin qarşılığını dadmışlar və ağrılı-acılı bir əzaba layiq görülmüşlər.
Həşr/59:16 Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.
Həşr/59:17 Hər ikisi də əbədi qalacaqları atəşdə qaldılar. Zalımların cəzası bax belədir.

Ənam/6:128 Hamısını sürüyüb topladığı gün: "Ey cin topluluğu! Siz insanlardan bir çoxunu istifadə etdiniz." Onların insanlardan olan dostları: "Rəbbimiz, Bizə verdiyin müddətin sonuna yetişincəyə qədər bir-birimizdən xoşlandıq," deyərlər. "Yeriniz atəşdir," deyər. Allahın diləməsi xaric, orada əbədi qalacaqlar." Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:129 Zalımları beləcə qoşalaşdıraraq bir-birinin dostları edərik. Etdikləri əməllərə görə...
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Ənbiya/21:98 Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.

Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20 "Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21 Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Saffat/37:22 Zalımları toplayın. Həmtaylarını və,
Saffat/37:23 Allahdan başqa qulluq/xidmət etdiklərini... Onlara cəhənnəmin yolunu göstərin.
Saffat/37:27 Dönüb bir-birlərini sorğu-suala çəkərlər.
Saffat/37:28 "Siz bizə sağ tərəfimizdən yaxınlaşırdınız," deyərlər.
Saffat/37:29 Deyərlər ki, "Əslində siz iman etmiş kimsələr deyildiniz."
Saffat/37:30 "Bizim sizin üzərinizdə hər hansısa bir gücümüz yox idi. Əksinə siz azmış bir topluluq idiniz."
Saffat/37:31 "Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:33 Beləcə, o gün onlar əzabda ortaqdırlar.

Qaf/50:27 Yoldaşı, "Rəbbim, mən onu azdırmadım; fəqət o özü dərin bir azğınlıq içində idi," deyər.
Qaf/50:28 O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29 "Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Qaf/50:30 O gün cəhənnəmə, "Doldunmu?" deyərik. O, "Daha yoxdurmu?" deyər.