Həşr - 59:3
Allah onları ayrılmağa məcbur etməsəydi, bu dünyada cəzalandıracaqdı. Axirətdə də onlara atəş əzabı vardır.
2, 3 ... 6 ayələri əsasında; anladılan savaşla əlaqəli:
Ali İmran/3:123
Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.
Ali İmran/3:124
İman edənlərə bunları deyirdin: “Endirilmiş üç min mələk ilə Rəbbinizin sizi dəstəkləməsi, sizə yetərli deyilmi?”
Ali İmran/3:125
Əlbəttə, çətinliklərə qarşı müqavimət göstərərsəniz və müttəqi davranarsanız, sizə bu anda qəflətən bir hücum etsələr, Rəbbiniz sizi təlim almış beş min mələk ilə dəstəkləyər.
Ali İmran/3:126
Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
Ali İmran/3:127
Beləcə inkar edənlərin bir qismini məhv edər və ya onları təsirsiz hala gətirib pərişan edər.
Ənfal/8:5
Həqiqətən Rəbbin səni bəlli bir planın gerçəkləşməsi üçün evindən çıxarmışdı. İman edənlərdən bir qrup bundan xoşlanmamışdı.
Ənfal/8:6
Gerçək ortaya çıxmasına rəğmən, göz görə-görə ölümə sürüklənirlərmiş kimi səninlə onu mübahisə edirdilər.
Ənfal/8:7
Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
Ənfal/8:8
Ona görə ki, günahkarlar xoşlanmasa da, haqqı gerçəkləşdirsin və haqsızlığı ortadan qaldırsın.
Ənfal/8:9
Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:10
Allah bunu, ancaq bir müjdə olsun və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Zəfər yalnız Allahdandır. Həqiqətən, Allah Üstündür, Hikmət Sahibidir.
Ənfal/8:11
Özündən bir güvənlik olaraq sizi yuxuya aparıb sakitləşdirirdi. (Susuzluğun yaratdığı depressiyadan) sizi təmizləmək, şeytanın pisliyini (ümidsizliyi) sizdən uzaqlaşdırmaq, qəlbinizi razı salmaq və ayaqlarınızı gücləndirmək üçün üzərinizə göydən su endirirdi.
Ənfal/8:12
Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."
Ənfal/8:13
Çünki onlar Allaha və elçisinə qarşı gəldilər. Kim Allaha qarşı gəlsə, əlbəttə Allahın cəzası çətindir (şiddətlidir).
Ənfal/8:14
Bax bunu dadın. Kafirlər üçün bir də atəş əzabı var.
Ənfal/8:15
Ey iman edənlər! Sizə qarşı düşməncə hərəkətə keçən kafirlərlə qarşılaşdığınızda arxanızı onlara çevirməyin.
Ənfal/8:16
Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.
Ənfal/8:17
Onları siz öldürmədiniz, fəqət Allah öldürdü. Atdığın zaman da sən atmırdın; Allah atırdı. Fəqət beləcə iman edənləri gözəl bir sınaqla sınadı. Allah Eşidəndir, Biləndir.
Ənfal/8:18
Bax belə, Allah, kafirlərin planını pozar.
Ənfal/8:42
O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.
Ənfal/8:43
Allah onları röyanda sənə az göstərirdi. Onları sənə çox göstərsəydi, dağılacaq və o mövzuda mübahisə edəcəkdiniz. Fəqət Allah (sizi) qurtardı. O, sinələrin özünü Biləndir.
Ənfal/8:44
Vaxtı yetişib onlarla qarşılaşdığınızda sizin gözlərinizdə onları az göstərir, onların da gözlərində sizi az göstərirdi ki, Allah öncədən planlanmış işi gerçəkləşdirsin. İşlər, axırda Allaha dönər.
Ənfal/8:45
Ey iman edənlər, bir ordu ilə qarşılaşdığınız zaman dayanın və Allahı daha çox xatırlayın ki, uğur qazanasınız.
Ənfal/8:46
Allaha və elçisinə tabe olun, mübahisə etməyin, yoxsa zəifləyib gücünüzü itirərsiniz. Çətinliklərə qarşı müqavimət göstərin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.
Tovbə/9:25
Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26
Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40
Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Əhzab/33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Əhzab/33:10
Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.
Əhzab/33:11
İman edənlər orada sınanmış və şiddətlə sarsılmışdılar.
Əhzab/33:12
İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
Əhzab/33:13
Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14
Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:15
Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Əhzab/33:16
De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."
Əhzab/33:17
De ki, "Allah sizin üçün bir pislik istəsə və ya bir rəhmət istəsə, Ona qarşı sizi kim qoruyacaq? Onlar Allahdan başqa bir sahib və yardımçı tapa bilməyəcəklər."
Əhzab/33:18
Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.
Əhzab/33:19
Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Əhzab/33:20
Partiyaların (tərəflərin) getmədiyini sanırlar. Partiyalar təkrar gəlsə, özlərinin çöldəki bədəvi Ərəblər arasında olmağı və sizin xəbərlərinizi uzaqdan soruşmağı istəyərdilər. Əgər aranızda olmuş olsaydılar, çox az savaşardılar.
Əhzab/33:21
Allahı və Axirət gününü arzulayan və Allahı daha çox xatırlayanlarınız üçün Allahın elçisində gözəl bir örnək vardır.
Əhzab/33:22
İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23
İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24
Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Əhzab/33:25
Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26
Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əhzab/33:27
Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.