Maidə - 5:40 Göylərin və yerin hökmranlığı Allaha aiddir, bilmirsənmi? İstədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə Gücü Yetəndir.
Cəzaya layiq olanlar:
Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.

Rad/13:25 Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.
Rad/13:34 Onlar dünya həyatında əzaba layiq olanlardır. Axirət əzabı isə daha pisdir. Onları Allahdan kimsə qurtara bilməz.

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.

Həcc/22:51 Ayələrimizə qarşı mücadilə edənlər isə, onlar cəhənnəm əhlidir.

Nur/24:19 İman edənlərin arasından həyasızlığın yayılmasını arzulayanlar, dünya və axirətdə ağrılı-acılı bir cəzaya layiqdirlər. Allah bilir, siz bilməzsiniz.

Nəml/27:4 Axirətə iman etməyənlərə gəlincə, etdiklərini özlərinə süslü göstərmişik, sərgərdan qalarlar.
Nəml/27:5 Onlar ən pis cəzaya layiqdirlər və axirətdə də, ən çox ziyana uğrayanlardır.

Ənkəbut/29:23 Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.

Şura/42:16 Allah haqqında, Onun (Allahın) çağırışına cavab verdikdən sonra mübahisə edənlərin dəlilləri Rəbləri qatında keçərsizdir. Qəzəbə layiq olanlardır və onlara çətin (şiddətli) bir əzab vardır.
Şura/42:26 İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.

Casiyə/45:9 Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.
Casiyə/45:10 Onları cəhənnəm gözləməkdədir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa qəbul etdikləri dostlar onu qurtara bilər. Onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.

Əhqaf/46:17 Digər tərəfdən bir başqası var ki, ana-atasına, "Uf sizə, məndən öncə neçə-neçə nəsillər keçmiş olmasına rəğmən mənim dirildiləcəyimimi iddia edirsiniz?" O ikisi isə Allaha sığınaraq: "Təəssüflər olsun sənə; lütfən iman et. Allahın sözü gerçəkdir." Bunun üzərinə o, "Bu, keçmişdəkilərin nağıllarından başqa bir şey deyil," deyər.
Əhqaf/46:18 Bunun kimilər, gəlib keçmiş cin və insan cəmiyyətləri arasında əzab sözünə layiq olmuş kimsələrdir. Onlar ziyana uğrayanlardır.

Muhəmməd/47:8 İnkar edənlər isə məhv olmağa layiqdirlər; onların işlərini boşa çıxarmışdır.

Mucadilə/58:16 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.

Mulk/67:6 Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.

Buruc/85:10 İman edən kişilərə və qadınlara zülm və işgəncə edən və daha sonra tövbə etməyənlər cəhənnəm əzabına layiqdirlər. Onlar üçün yandırıb-yaxan bir əzab vardır.