Maidə - 5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
"Bizə qarşı nifrət bəsləyirsiniz?": Əlaqəli
Maidə/5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
قُلْ يَٓا اَهْلَ الْكِتَابِ هَلْ تَنْقِمُونَ مِنَّٓا اِلَّٓا اَنْ اٰمَنَّا بِاللّٰهِ وَمَٓا اُنْزِلَ اِلَيْنَا وَمَٓا اُنْزِلَ مِنْ قَبْلُۙ وَاَنَّ اَكْثَرَكُمْ فَاسِقُونَ
Maidə/5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
لَتَجِدَنَّ اَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذ۪ينَ اٰمَنُوا الْيَهُودَ وَالَّذ۪ينَ اَشْرَكُواۚ وَلَتَجِدَنَّ اَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذ۪ينَ اٰمَنُوا الَّذ۪ينَ قَالُٓوا اِنَّا نَصَارٰىۜ ذٰلِكَ بِاَنَّ مِنْهُمْ قِسّ۪يس۪ينَ وَرُهْبَاناً وَاَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ

Ali İmran/3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
لَتُبْلَوُنَّ ف۪ٓي اَمْوَالِكُمْ وَاَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذ۪ينَ اَشْرَكُٓوا اَذًى كَث۪يراًۜ وَاِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَاِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُورِ