Maidə - 5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Əlaqəli:
Ali İmran/3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.

Maidə/5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"

Ali İmran/3:110 Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Ali İmran/3:111 Sizə həqarətdən başqa bir zərər verə bilməzlər. Sizinlə savaşarlarsa, dönüb qaçarlar. Onlara yardım da edilməz.