Mumtəhənə - 60:7
Bəlkə də Allah sizinlə onlar arasındakı düşmənçiliyi sevgiyə çevirər. Allah Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.
Allahın gücü hər şeyə yetər:
Bəqərə/2:259
Yaxud bu kimsə kimisi də (diqqətini çəkmədimi?)... Altı üstünə gəlmiş, dağılmış bir qəsəbəyə uğrayar və "Allah bunu ölümündən sonra necə dirildə bilər?" - deyər. Buna görə Allah onu yüz il ölü saxladıqdan sonra diriltdi. "Burada nə qədər qaldın?" dedi. "Bir gün yaxud günün bir hissəsi qədər qaldım," dedi. "Xeyr, sən yüz il qaldın. Yeməyinə və içməyinə bax hələ də xarab olmayıb. Eşşəyinə də bax. Səni insanlar üçün bir dəlil etdik. Sümüklərə diqqət et, onları necə üst-üstə qoyur, sonra onlara necə də ət geyindiririk." Vəziyyət ona aydınlanınca, "Artıq Allahın hər şeyə gücünün yetdiyini bilirəm," dedi.
Bəqərə/2:260
İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.
Ənfal/8:52
Eyni Fironun tərəfdarlarının və onlardan öncəkilərin gedişi kimi... Allahın ayələrini inkar etdilər. Günahlarına görə Allah da onları yaxalayıb cəzalandırdı. Allah Güclüdür, cəzası çətindir (şiddətlidir).
Bəqərə/2:228
Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
Fatir/35:44
Onlardan öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib-dolaşmadılarmı? Onlar onlardan daha güclü idilər. Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz. O, Biləndir, Güclüdür.
Fussilət/41:15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Bəqərə/2:240
Ölüb və geriyə zövcələr buraxan kişiləriniz, zövcələrinin evlərindən çıxarılmadan bir il boyunca dolanışıqlarının təmin edilməsini vəsiyyət etsinlər. Çıxarlarsa, özləri üçün uyğun olanı etmələrindən siz məsuliyyətli deyilsiniz. Allah Güclüdür, Hikmət Sahibidir.
Ali İmran/3:62
Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.
Ali İmran/3:126
Allah bunu sadəcə, qəlbinizi sakitləşdirəcək bir müjdə olsun deyə bəyan edir. Zəfər, yalnızca Güclü və Hikmət Sahibi olan Allah qatındandır.
Nisa/4:149
Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.
Maidə/5:38
Oğru kişinin və oğru qadının əllərini, etdiklərinə qarşılıq kəsin. Bu, Allahın nəzərdə tutduğu bir çəkindirmə üsuludur. Allah Güclüdür, Hikmət Sahibidir.
Hud/11:66
Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
Rad/13:13
Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
İbrahim/14:4
Biz hər elçini ancaq xalqının dilində göndəririk ki, onlara bildirə bilsin. Allah istəyəni/istədiyini azdırır, istəyəni/istədiyini də doğruya yetişdirir. O, Güclüdür, Hikmət sahibidir.
Həcc/22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Həcc/22:74
Allahı layiqincə dəyərləndirmədilər. Allah əlbəttə Güclüdür, Üstündür.
Şuəra/26:9
Şübhəsiz, sənin Rəbbin Üstündür, Rəhmlidir.
Rum/30:54
Allah sizi zəif olaraq yaratdı, zəiflikdən sonra sizə güc verdi, gücdən sonra zəiflik və ağarmış saçlar verdi. O istədiyini yaradır. O Biləndir, Güclüdür.
Əhzab/33:25
Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Ğafir/40:22
Çünki, elçilər onlara açıq-aşkar dəlillərlə getdiklərində inkar edirdilər. Axırda Allah onları yaxaladı. O Güclüdür, Cəzalandırması Şiddətlidir.
Şura/42:19
Allah qullarına lütf edəndir. İstədiyini və/və ya istəyəni ruziləndirir. O, Güclüdür, Üstündür.
Zəriyət/51:58
Şübhəsiz, Ruzi verən, Qüvvət Sahibi və Güclü olan ancaq Allahdır.
Qamər/54:54
Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.
Qamər/54:55
Güclü Kralın yanında şərəfli məqamlardadırlar.
Hədid/57:25
Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
Mucadilə/58:21
Allah, "Mən və Mənim elçilərim qazanacaqlar," deyə yazmışdır. Allah Güclüdür, Üstündür.
Həşr/59:23
O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.
Maidə/5:120
Göylərin, yerin və aralarındakı hər şeyin hökmranlığı Allaha aiddir. Onun gücü hər şeyə yetər.
İsra/17:99
Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.
Furqan/25:54
O yaratdı, sudan bir insan və ona nəsil-nəcabət verdi. Rəbbin hər şeyə Gücü Yetəndir.
Rum/30:50
Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Zəriyət/51:47
Göyü gücümüzlə Biz qurduq və onu Biz genişlətməkdəyik.
Hədid/57:2
Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.
Talaq/65:12
Yeddi göyü və yerdən/torpaqdan da o qədər yaradan Allahdır. Əmrlər onların arasında enər. Beləcə Allahın hər şeyə gücünün yetdiyini və Allahın hər şeyi bilgi ilə ehtiva etdiyini biləsiniz.
Məaric/70:39
Əsla; Biz onları yaratdıq, bildikləri şeydən...
Məaric/70:40
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun; Bizim gücümüz yetər...
Məaric/70:41
Onları, özlərindən daha yaxşıları ilə dəyişdirməyə... Bizi kimsə məğlub edə bilməz.
Qiyamə/75:3
İnsan, sümüklərini bir yerə toplaya bilməyəcəyimizimi sanır?
Qiyamə/75:4
Bəli; barmaq uclarını belə düzəltməyə gücümüz yetər.
Qiyamə/75:36
İnsan, başıboş buraxılacağınımı sanır?
Qiyamə/75:37
Tökülən mənidən bir sperma deyildimi?
Qiyamə/75:38
Və bir embriona çevrildikdən sonra, O yaradıb forma verdi.
Qiyamə/75:39
Və ondan erkək və dişi olmaq üzrə iki cift yaratdı.
Qiyamə/75:40
Bunları yaradanın ölüləri diriltməyə gücü yetməzmi?
Ali İmran/3:160
Allah sizi dəstəkləyərsə, heç bir güc sizi məğlub edə bilməz. Sizi tərk edərsə, artıq sizə kim yardım edə bilər ki? İman edənlər Allaha güvənsin.
Rad/13:11
(Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.
İbrahim/14:19
Allahın göyləri və yeri müəyyən bir məqsəd üçün yaratdığını görmürsənmi? İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.
İbrahim/14:20
Bu, Allah üçün çətin deyildir.
Həcc/22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Ğafir/40:3
Günahları Bağışlayan, Tövbəni Qəbul Edən, Cəzası Şiddətli, Sonsuz Güc Sahibi... Ondan başqa Tanrı yoxdur. Dönüş Onadır.
Tur/52:7
Rəbbinin cəzalandırması həqiqətən gerçəkləşəcəkdir.
Tur/52:8
Ona mane olacaq heç bir güc yoxdur.
Bələd/90:4
İnsanı çətinliklər arasında (müqavimət göstərməsi üçün) yaratdıq.
Bələd/90:5
Ona güc yetirə bilməyəcəyimizimi sanır?