Munafiqun - 63:11
Allah sürəsi yetişdiyi zaman heç bir canı təxirə salmaz. Allah etdiklərinizdən Xəbərdardır.
İnsan üçün ölüm:
Ali İmran/3:145
Allahın izni olmadan heç kimsə ölə bilməz. Ölümün müəyyən edilmiş bir vaxtı var. Kim dünya nemətini istəyərsə, ona ondan verərik. Kim də axirət nemətini istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
Ali İmran/3:185
Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.
Nisa/4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Səcdə/32:11
De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."
Ənam/6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Əraf/7:24
(Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Əraf/7:25
(Allah) dedi ki: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız."
Əraf/7:37
Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
Ənfal/8:50
İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
Nəhl/16:28
Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.
Nəhl/16:32
Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.
Nəhl/16:70
Və sizi Allah yaratdı. Sonra da həyatınıza son qoyar. Sizdən bəziləri həyatın ən pis zamanına qədər yaşadılır ki, bilgidən sonra heç bir şeyi bilməsin. Allah Biləndir, hər şeyə Gücü Yetəndir.
Ənbiya/21:35
Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Muminun/23:14
Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.
Muminun/23:15
Sonra siz, bunun ardından öləcəksiniz.
Ənkəbut/29:57
Hər nəfs ölümü dadacaq və sonra Bizə döndəriləcəksiniz.
Loğman/31:34
Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.
Əhzab/33:16
De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."
Fatir/35:11
Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.
Zumər/39:30
Sən öləcəksən, onlar da öləcəklər.
Zumər/39:42
Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.
Ğafir/40:68
Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
Casiyə/45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Muhəmməd/47:27
Mələklər canlarını alarkən necə də (peşmançılıq içində) üzlərinə və arxalarına vururlar?
Rahmən/55:26
Üzərində olan hər kəs ölümlüdür.
Vaqiə/56:60
Aranızda ölümünüzü öncədən Biz müəyyən etdik. Kimsə Bizi əngəlləyə bilməz.
Cumuə/62:8
De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."
Mulk/67:2
Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Nuh/71:17
Və Allah sizi torpaqdan bir bitki olaraq bitirdi.
Nuh/71:18
Sonra sizi ona döndərəcək və sizi təkrar çıxaracaqdır.