Talaq - 65:3
Və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha güvənərsə, O, ona yetər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
Allah söz verir və sözünü gerçəkləşdirir:
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Qasas/28:7
Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:13
Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.
Ənfal/8:7
Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
Ənfal/8:9
Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ali İmran/3:152
Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.
Ali İmran/3:9
"Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.
Ali İmran/3:194
"Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Ali İmran/3:152
Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
Nisa/4:122
İman edib müttəqi işlər görənləri, içlərində çaylar axan, cənnətlərə yerləşdirəcəyik; orada əbədi qalacaqlar. Allahın sözü gerçəkdir. Allahdan daha doğru sözlü kim ola bilər?
Əhqaf/46:16
İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.
Bəqərə/2:40
İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:80
"Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"
Bəqərə/2:268
Şeytan sizə fəqirliyi söz verir və pisliyi əmr edir. Allah isə Öz tərəfindən sizin üçün bağışlanma və lütf söz verir. Allah Comərddir, Biləndir.
Ali İmran/3:194
"Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”
Nisa/4:95
İman edənlərdən keçərli bir üzürə sahib olmadan yerlərində oturanlar ilə malları və canları ilə Allah yolunda savaşanlar eyni olmaz. Allah malları və canları ilə savaşanları dərəcə baxımından oturanlardan üstün etdi. Allah hamısına gözəlliklər söz verir. Bununla birlikdə, Allah savaşanları oturanlardan daha böyük bir mükafatla üstün etdi;
Ənam/6:73
Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.
Ənam/6:146
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.
Ənfal/8:7
Allah iki qrupdan birini (məğlub etməyi) sizə söz vermişdi; siz isə gücsüz olanı ilə qarşılaşmağı istəyirdiniz. Halbuki Allah kəlmələri ilə gerçəyi gerçəkləşdirmək və kafirlərin ardını kəsmək istəyir.
Tovbə/9:68
Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
Tovbə/9:72
Allah, iman edən kişilərə və iman edən qadınlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl evlər söz vermişdir. Allahın razı olması isə hamısından daha böyük bir şeydir. Məhz ən böyük qurtuluş budur.
Tovbə/9:89
Allah onlara əbədi qalacaqları və içindən çaylar axan cənnətlər söz vermişdir. Bu, ən böyük uğurdur.
Yunus/10:4
Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.
Yunus/10:19
İnsanlar vahid bir cəmiyyət idi; sonra anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin vermiş olduğu bir Sözü olmasaydı, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuda dərhal aralarında hökm veriləcəkdi.
Yunus/10:55
Göylərdə və yerdə olan hər şey Allahındır. Allahın sözü tamamilə gerçəkdir; fəqət onların çoxu bilməz.
Yunus/10:64
Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.
Hud/11:110
Musaya Kitabı verdik; ancaq onda anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin verilmiş bir sözü olmasaydı, aralarında hökm veriləcəkdi. Onlar ondan şübhə içindədirlər, qərarsızdırlar.
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
İbrahim/14:47
Allahın, elçilərinə verdiyi sözdən dönəcəyini sanmayın. Allah əlbəttə Üstündür, Öc (İntiqam) alandır.
Nəhl/16:38
"Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
İsra/17:5
"Birincisinin zamanı gəlincə, böyük gücə sahib qullarımızı üstünüzə göndərərik. Evlərinizə qədər girərək araşdırarlar. Gerçəkləşməsi lazım olan bir sözdü bu."
İsra/17:16
Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.
İsra/17:104
Ondan sonra İsrail oğullarına, "Bu ölkədə məskunlaşın! Verilən son söz gəldiyində sizi bir araya toplayacağıq," dedik.
İsra/17:108
"Rəbbimiz Ucadır. Rəbbimizin sözü gerçəkləşmişdir!" deyərlər.
Kəhf/18:21
Beləcə, onları (insanlara) tapdırdıq ki, Allahın sözünün gerçək olduğunu öyrənsinlər və Saat (dünyanın sonu) barəsində də şübhələri qalmasın. İnsanlar öz aralarında onların vəziyyətini mübahisə edərkən, bir qismi: "Onların üzərində bir bina tikin," dedi. Rəbləri onları daha yaxşı bilir. Onların vəziyyətinə qərar vermə səlahiyyətini əllərinə keçirənlər: "Onların üstündə bir məscid tikəcəyik," dedilər.
Kəhf/18:98
"Bu, Rəbbimdən bir rəhmətdir," dedi. "Rəbbimin müəyyən etdiyi vaxt gəlincə onu parça-parça edər. Rəbbimin sözü gerçəkdir."
Məryəm/19:61
Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Ənbiya/21:103
O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
Ənbiya/21:109
Əgər üz çevirərlərsə, de ki, "Sizə yetərli şəkildə bildirdim. Sizə söz verilən şeyin yaxın və ya uzaq olduğunu bilmərəm.
Həcc/22:47
Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Allah sözünü pozmaz. Rəbbinin qatında bir gün, onların hesabıyla min il kimidir.
Furqan/25:16
Onlar orada əbədi olaraq istədiklərini əldə edərlər. Bu, Rəbbinin mütləq surətdə gerçəkləşəcək sözüdür.
Nəml/27:85
Haqsızlıq etdikləri üçün verilən söz başlarına gələr və artıq danışa bilməzlər.
Qasas/28:61
Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?
Rum/30:6
Allahın verdiyi sözdür. Allah sözünü pozmaz; fəqət insanların çoxu bilməz.
Rum/30:60
Elə isə səbr et. Allahın sözü gerçəkdir. Qəti inanca sahib olmayanlar səni etinasızlığa sürükləməsin.
Loğman/31:9
Orada əbədi qalacaqlar. Bu, Allahın verdiyi gerçək sözdür. O, Üstündür, Hikmət Sahibidir.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.
Fatir/35:5
Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Ya sin/36:7
Çoxlarının iman etməyəcəyinə dair söz gerçəkləşmişdir.
Ya sin/36:52
"Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Saffat/37:31
"Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:171
Elçiliklə görəvli qullarımız üçün söz verilmişdir.
Saffat/37:172
Onlar əlbəttə zəfərə nail olacaqlar.
Zumər/39:20
Ancaq Rəblərinə ehtiram edənlər üçün üst-üstə qurulmuş köşklər vardır; altlarından çaylar axar. Allahın verdiyi sözdür. Şübhəsiz Allah sözündən dönməz.
Maidə/5:9
Allah, iman edib yaxşı işlər görənlərə bir bağışlanma və böyük bir mükafat söz verdi.