Qaləm - 68:29
Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Əzabı dadınca "gerçəkdən bizlər zalımlar idik," deyərlər:
Ənbiya/21:62
"İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
قَالُٓوا ءَاَنْتَ فَعَلْتَ هٰذَا بِاٰلِهَتِنَا يَٓا اِبْرٰه۪يمُۜ
Ənbiya/21:63
"Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
قَالَ بَلْ فَعَلَهُۗ كَب۪يرُهُمْ هٰذَا فَسْـَٔلُوهُمْ اِنْ كَانُوا يَنْطِقُونَ
Ənbiya/21:64
Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
فَرَجَعُٓوا اِلٰٓى اَنْفُسِهِمْ فَقَالُٓوا اِنَّكُمْ اَنْتُمُ الظَّالِمُونَۙ
Ənbiya/21:65
Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
ثُمَّ نُكِسُوا عَلٰى رُؤُ۫سِهِمْۚ لَقَدْ عَلِمْتَ مَا هٰٓؤُ۬لَٓاءِ يَنْطِقُونَ
Əraf/7:5
Onlara əzabımız gəldiyi vaxt, "Gerçəkdən biz zalım olmuşuq," deməkdən başqa sözləri olmadı.
فَمَا كَانَ دَعْوٰيهُمْ اِذْ جَٓاءَهُمْ بَأْسُنَٓا اِلَّٓا اَنْ قَالُٓوا اِنَّا كُنَّا ظَالِم۪ينَ
Ənbiya/21:11
Neçə-neçə ölkələri, haqsızlıq etmələrindən ötrü qırıb məhv etdik və onların ardınca başqa cəmiyyətlər yaratdıq.
وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَاَنْشَأْنَا بَعْدَهَا قَوْماً اٰخَر۪ينَ
Ənbiya/21:12
Əzabımızı hiss etdikləri anda ondan qaçmağa çalışırdılar.
فَلَمَّٓا اَحَسُّوا بَأْسَنَٓا اِذَا هُمْ مِنْهَا يَرْكُضُونَۜ
Ənbiya/21:13
Qaçmayın, dəbdəbəli və israfçılıq üçün yaşadığınız yerə, evlərinizə dönün. Çünki sorğu-suala çəkiləcəksiniz.
لَا تَرْكُضُوا وَارْجِعُٓوا اِلٰى مَٓا اُتْرِفْتُمْ ف۪يهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ
Ənbiya/21:14
"Vay bizim halımıza, biz gerçəkdən zülm edənlərmişik," dedilər.
قَالُوا يَا وَيْلَنَٓا اِنَّا كُنَّا ظَالِم۪ينَ
Ənbiya/21:15
Onları biçib-bitirənə qədər bu yalvarmalarını təkrarlayacaqlar.
فَمَا زَالَتْ تِلْكَ دَعْوٰيهُمْ حَتّٰى جَعَلْنَاهُمْ حَص۪يداً خَامِد۪ينَ