Qaləm - 68:48
Rəbbinin hökmünün gerçəkləşməsi üçün səbr et. Balığın yoldaşı (Yunus) kimi olma. Bir vaxt o, (balıq tərəfindən) udulmuş bir vəziyyətdə ikən səslənmişdi.
Udulmuş bir vəziyyətdə ikən necə səslənmişdi?
Ənbiya/21:87
ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Ənbiya/21:88
Yalvarışına qarşılıq verdik və onu üzüntüdən qurtardıq. İman edənləri bax belə qurtararıq!
Saffat/37:139
Yunus da, elçilərdən biri idi.
Saffat/37:140
Dolu bir gəmiyə qaçmışdı.
Saffat/37:141
Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:142
Balıq onu uddu, bundan o məsul idi.
Saffat/37:143
(Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144
Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.