Qaləm - 68:48
Rəbbinin hökmünün gerçəkləşməsi üçün səbr et. Balığın yoldaşı (Yunus) kimi olma. Bir vaxt o, (balıq tərəfindən) udulmuş bir vəziyyətdə ikən səslənmişdi.
"Allahın əmri gəlmişdir, elə isə tələsmə.": Məqsəd nədir?
Nəhl/16:1
Allahın əmri gəlmişdir, elə isə tələsmə. Onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
Əhqaf/46:35
Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?
Ğafir/40:78
Səndən öncə göndərdiyimiz elçilərin bəzisindən sənə bəhs etdik, bəzisini də sənə anlatmadıq. Heç bir elçi, Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəlincə, gerçəyə görə hökm verilər və yanlışı müdafiə edənlər orada məyus olarlar.
Əhzab/33:38
Allahın Peyğəmbər üçün qanuniləşdirdiyi bir mövzuda, peyğəmbərə heç bir əngəl yoxdur. Bu, keçmişdən bəri gəlib-keçmişlərə tətbiq edilən Allahın sünnətidir (qanunudur). Allahın əmri, müəyyən edilmiş və qətiləşmişdir.
Nəhl/16:33
Özlərinə mələklərin gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər? Özlərindən öncəkilər də eyni şəkildə davranmışdılar. Onlara Allah zülm etmədi, onlar özləri özlərinə zülm etdilər.
Hud/11:101
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
Tovbə/9:24
De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Bəqərə/2:109
Kitab əhlinin bir çoxu, gerçək onlara bəlli olduğu halda, özlərindəki qısqanclıqdan ötrü sizi imanınızdan sonra inkara döndərməyi arzulayarlar. Allah əmrini gətirincəyə qədər onları əfv edin, görməməzlikdən gəlin. Allah hər şeyə gücü yetəndir.
Nəhl/16:77
Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.
Əhzab/33:63
İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."
Qamər/54:50
Əmrimiz göz qırpması kimi anidir.
Məaric/70:5
İndi sən gözəl şəkildə səbr et.
Məaric/70:6
Onlar onu uzaq görürlər.
Məaric/70:7
Biz isə onu yaxın görürük.
Məaric/70:8
Gün gələcək, göy ərimiş metal kimi.
Məaric/70:9
Dağlar isə atılmış yun kimi olar.