Qaləm - 68:9 Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.
5, 6 ... 9 ayələri əsasında; Peyğəmbərləri Allahla yanaşı tanrı qəbul edən kitab əhli, bu arzuları əsasında Muhəmməd peyğəmbər ilə mübahisə etdi və razılığa gəlmək üçün vəhyə əlavələr və ya dəyişikliklər etdirmək istədilər, Muhəmməd peyğəmbər iman etmələri üçün az qala bu mövzuda güzəştə gedəcəkdi:
Rad/13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.

Ənam/6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."
Ənam/6:150 De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.

Zuxruf/43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60 Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61 Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.

Tovbə/9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.

Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Qaləm/68:9 Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.

Haqqə/69:44 O Bizə bəzi sözlər isnad edərsə,