Haqqə - 69:15 Qaçılmaz hadisə gerçəkləşdiyi, məhz o gün.
"Qarşısıalınmaz hadisə": Məqsəd nədir?
Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.


Haqqə/69:14 Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
Haqqə/69:18 O gün ortaya çıxarılarsınız və heç bir şeyiniz gizli qalmaz.

Ali İmran/3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?

Nisa/4:87 Allah, Ondan başqa Tanrı yoxdur. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Allahdan daha doğru sözlü kim ola bilər?

Kəhf/18:21 Beləcə, onları (insanlara) tapdırdıq ki, Allahın sözünün gerçək olduğunu öyrənsinlər və Saat (dünyanın sonu) barəsində də şübhələri qalmasın. İnsanlar öz aralarında  onların vəziyyətini mübahisə edərkən, bir qismi: "Onların üzərində bir bina tikin," dedi. Rəbləri onları daha yaxşı bilir. Onların vəziyyətinə qərar vermə səlahiyyətini əllərinə keçirənlər: "Onların üstündə bir məscid tikəcəyik," dedilər.

Həcc/22:7 dünyanın sonu heç bir şəkk-şübhə olmadan gəlməkdədir və Allah məzardakıları dirildəcəkdir.

Səba/34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.
Səba/34:29 "Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
Səba/34:30 De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."

Ğafir/40:59 Dünyanın sonu (Saat) əlbəttə gələcəkdir, bunda şübhə olmasın. Halbuki insanların çoxu iman etməz.

Şura/42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.

Casiyə/45:26 De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."