Haqqə - 69:21 O, xoşbəxt bir həyat içindədir,
Xoşbəxtliyə kimlər layiqdir?
Bəqərə/2:2 Bu, şübhəsiz, müttəqilər (ərdəmlilər) üçün yol göstərici bir kitabdır.
Bəqərə/2:3 O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;
Bəqərə/2:4 Sənə nazil edilənə və səndən öncə nazil edilənə inanarlar. Axirət mövzusunda da heç bir şübhələri yoxdur.
Bəqərə/2:5 Bax, Rəbləri tərəfindən yol göstərilənlər və xoşbəxtliyə yetişənlər bunlardır.

Ali İmran/3:15 De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.

Yunus/10:64 Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.

Kəhf/18:107 İman edib müttəqi davrananlara gəlincə, onlar məskən olaraq sevinc və xoşbəxtliklə dolu olan cənnətlərə layiqdirlər.

Ta ha/20:130 Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.

Furqan/25:74 Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.
Furqan/25:75 Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.

Səcdə/32:15 Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
Səcdə/32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.

Zəriyət/51:15 Müttəqilər cənnətlərdədir, bulaq başlarındadır.
Zəriyət/51:16 Rəblərinin onlara verdiyini alırlar. Çünki onlar bundan öncə gözəl davranırdılar.
Zəriyət/51:19 Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.

Haqqə/69:19 Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,

Bələd/90:17 Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.

Leyl/92:19 Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Leyl/92:20 Sadəcə Ən Uca olan Rəbbinin rizasını qoruyur.