Ənam - 6:100 Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.
Allaha cinləri necə ortaq qoşdular?
Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.
اِنْ يَدْعُونَ مِنْ دُونِه۪ٓ اِلَّٓا اِنَاثاًۚ وَاِنْ يَدْعُونَ اِلَّا شَيْطَاناً مَر۪يداًۙ

Səba/34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
وَيَوْمَ يَحْشُرُهُمْ جَم۪يعاً ثُمَّ يَقُولُ لِلْمَلٰٓئِكَةِ اَهٰٓؤُ۬لَٓاءِ اِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ

Saffat/37:158 Hətta Onunla cinlər arasında bir əqrəbalıq uydurdular. Halbuki cinlər bilirlər, onlar haqq-hesaba çəkiləcəklər.
وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَباًۜ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ اِنَّهُمْ لَمُحْضَرُونَۙ

Səba/34:41 Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."
قَالُوا سُبْحَانَكَ اَنْتَ وَلِيُّنَا مِنْ دُونِهِمْۚ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّۚ اَكْثَرُهُمْ بِهِمْ مُؤْمِنُونَ