Ənam - 6:165 O ki sizi yer üzünün mirasçıları etdi, və sizə verdikləriylə sizi sınamaq üçün kiminizi kiminizə dərəcələrlə üstün etdi. Rəbbin tez nəticələndirəndir. Bağışlayandır, Rəhmlidir.
Əlaqəli:
Bəqərə/2:202 Hamısının qazandıqlarından bir payı vardır. Allah tez haqq-hesab çəkəndir.

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.

Nisa/4:6 Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Nisa/4:86 Hər hansı bir salam ilə salamlandığınız zaman daha gözəliylə və ya eyni qaydada qaytararaq salamı alın. Şübhəsiz Allah hər şeyi hesaba qatar.

Maidə/5:4 Səndən onlara nəyin halal olduğunu soruşurlar. De ki: “Təmiz yeyəcəklər sizə halal edilmişdir. Allahın sizə öyrətdiyindən öyrədərək yetişdirdiyiniz köpək və şahin kimi ovçu heyvanların sizin üçün tutub yaxaladıqlarını da yeyin və üzərlərində Allahın ismini xatırlayın." Allahı dinləyin. Allah haqq-hesabı tez çəkir.

Ənam/6:52 Səhər-axşam Rəblərinə yalvarıb sadəcə Onun razılığını arzulayanları qovma. Onların hesabından sən məsul deyilsən. Sənin hesabından da onlar məsul deyil. Onları qovsan zalım olarsan.
Ənam/6:62 Sonra gerçək Mövlaları olan Allaha döndərilirlər. Biləsiniz ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir.
Ənam/6:69 Müttəqilər belələrinin hesabından məsuliyyət daşımırlar. Fəqət dinləyə bilərlər deyə xatırlatmaq yaxşı olar.
Ənam/6:139 "Bu kənd təsərrüfatı heyvanlarının qarınlarındakılar sadəcə kişilərimizə aid olub, qadınlarımıza haramdır. Ölü doğarlarsa, o zaman bölüşə bilərlər," dedilər. Bu vəsflərinin hesabını onlara ödədəcəkdir. O Hikmət Sahibidir, Biləndir.

Rad/13:21 Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.
Rad/13:40 Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.

İbrahim/14:41 "Rəbbimiz! Hesabın görüləcəyi gün, məni, anamı, atamı və iman edənləri bağışla."
İbrahim/14:51 Beləcə Allah hər kəsə qazandığının qarşılığını verir. Allah tez haqq-hesab çəkəndir.

İsra/17:14 Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.

Ənbiya/21:1 İnsanların hesabları yaxınlaşdı; ancaq onlar hələ də qəflət içində üz çevirməkdədirlər.
Ənbiya/21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.

Muminun/23:117 Hər kim Allahla birlikdə, heç bir dəlilə sahib olmayan başqa bir tanrıya da qulluq edərsə, onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz kafirlər müvəffəq ola bilməzlər.

Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
Nur/24:39 İnkar edənlərə gəlincə, işləri, çöldəki bir ilğım kimidir. Susamış (kimsə) onu su sanar. Yanına yaxınlaşınca onu tapa bilməz, ancaq orada Allahı tapar; O da onun hesabını tam görər. Şübhəsiz Allah hesabı tez görəndir.

Şuəra/26:113 "Hesabları, yalnız Rəbbimə aiddir; Kaş ki, anlasanız!"

Qasas/28:61 Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?

Əhzab/33:39 Allahın elçiliyini yayanlar (təbliğ edənlər) sadəcə Ona hörmət edərlər və Allahdan başqa heç kimsədən çəkinməzlər. Hesab soruşan olaraq Allah yetər.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Saffat/37:127 Onu yalanladılar; Onlar haqq-hesaba çəkiləcəklər.

Sad/38:16 Və, "Rəbbimiz, Hesab Günündən öncə tez olaraq payımızı ver," deyə meydan oxudular.
Sad/38:26 Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.

Ğafir/40:27 Musa dedi, "Mən, Hesab Gününə iman etməyən hər azğından Rəbbimə və sizin Rəbbinizə sığındım," dedi.