Ənam - 6:57 De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.
"O, ən yaxşı ayırandır.": Məqsəd nədir?
Ali İmran/3:142 Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?

Ənfal/8:36 İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
Ənfal/8:37 Beləcə Allah pisi yaxşıdan ayırd edər. Pisləri üst-üstə qoyub toplayar və cəhənnəmə yollayar. Bax ziyana uğrayanlar onlardır.

Tovbə/9:16 Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.

Ali İmran/3:166 İki ordu qarşılaşdığı gün başınıza gələnlər Allahın izni ilə oldu. İman edənlər beləcə ayırd edilir.
Ali İmran/3:167 İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:62 Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?

Bəqərə/2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.

Ali İmran/3:140 Sizə bir sıxıntı toxundusa, düşmən topluluğuna da buna bənzər bir sıxıntı toxunmuşdur. Belə günləri, insanların arasında döndərib dururuq ki, Allah gerçək iman edənləri ayırsın və sizdən bəzilərini şahidlər seçsin. Allah zalımları sevməz.

Səba/34:20 İblis, onlar haqqındaki gözləntilərini doğru çıxardı. İman edən bir qrup xaric, ona uydular.
Səba/34:21 Əslində onun, onlar üzərində hökmranlığı (məcburi etdirmə gücü) yoxdu. Ancaq, axirətə iman edəni, ondan şübhə edəndən beləcə ayırarıq. Rəbbin hər şeyi kontrol etməkdədir.

Bəqərə/2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.

Muhəmməd/47:31 Sizdən səy göstərənləri və çətinliklərə qarşı müqavimət göstərənləri ortaya çıxarıncaya qədər sizi sınayacağıq və keyfiyyətinizi sınayacağıq.