بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
36:43 İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.
36:44 Bunun yerinə, Bizdən bir mərhəmət görürlər və bəlli bir müddətə qədər diri saxlanılırlar.
36:45 Onlara deyilmişdi, "Keçmişinizdən ibrət alıb və gələcəyiniz üçün diqqətli olun ki, sizə mərhəmət edilsin."
36:46 Rəblərinin ayələrindən bir ayə onlara gəldiyi vaxt, ondan üz çevirməyi adət etmişdilər.
36:47 Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.
36:48 Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
36:50 Nə bir vəsiyyət buraxmağa vaxt tapa bilərlər, nə də ailələrinin yanına dönə bilərlər.
36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
36:54 Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.
36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.