Məaric - 70:28 Rəblərinin əzabına güvən olmaz.
İman edənlər pis hesabdan qorxarlar, qəti qurtulduqlarını düşünməzlər, qurtulmağı ümid edərlər:
Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."

Şuəra/26:49 (Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."
Şuəra/26:50 Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."
Şuəra/26:51 "İlk iman edənlər olduğumuz üçün ümid edirik ki, Rəbbimiz xətalarımızı bağışlayar."

Fatir/35:29 Allahın Kitabını oxuyanlar, namazı qoruyanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün verənlər tükənməyən bir qazanc umarlar.

Şuəra/26:82 "Haqq-hesab günündə, qüsurlarımı bağışlayacağını ümid etdiyim də Odur."

İsra/17:57 Onların çağırdıqları şəxslər belə Rəblərinə yaxınlaşmaq üçün yol axtararlar. Onun rəhmətini ümid edər, cəzasından qorxarlar. Rəbbinin cəzası ehtiyat ediləcək bir şeydir.

Yusuf/12:53 "Günahsız olduğumu iddia etmirəm. Şübhəsiz eqo, pisliyi arzulayır. Mən ancaq Rəbbimin mərhəmətini ümid edirəm; Rəbbim Bağışlayandır, Rəhmlidir."

İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10 "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Əraf/7:56 Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.

Məaric/70:27 Rəblərinin əzabından çəkinirlər;

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.

Rad/13:21 Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.

Maidə/5:84 "Rəbbimizin bizi yaxşıların arasına qatmasını ümid etdiyimiz halda nə üçün Allaha və bizə yetişən gerçəklərə iman etməyək?"

Kəhf/18:46 Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.

İsra/17:28 Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.

Tur/52:26 "Daha öncə xalqımızın arasında çəkinirdik," deyərlər,

Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.

Tur/52:27 "Allah bizə yaxşılıq etdi və bizi içə nüfuz edən əzabdan qorudu."

Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.

Ənbiya/21:49 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.