Cinn - 72:18 Məscidlər sadəcə Allaha aiddir; Elə isə Allah ilə birlikdə heç kimsəni çağırmayın.
Kim Allah ilə birlikdə başqasını çağırarsa:
Şuəra/26:213 Allah ilə birlikdə başqa bir tanrı çağırma; yoxsa cəzalandırılarsan.

Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.

İsra/17:39 Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.
İsra/17:22 Allah ilə birlikdə başqa tanrı qəbul etmə, yoxsa qınanmış və yalnız buraxılmış olaraq oturub qalarsan.

Qasas/28:88 Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.

Cinn/72:18 Məscidlər sadəcə Allaha aiddir; Elə isə Allah ilə birlikdə heç kimsəni çağırmayın.