بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:21 İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.
17:22 Allah ilə birlikdə başqa tanrı qəbul etmə, yoxsa qınanmış və yalnız buraxılmış olaraq oturub qalarsan.
17:23 Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.
17:24 Onlara mərhəmət edərək təvazökarlıq qanadının altına al və de ki, "Rəbbim, məni kiçik ikən yetişdirdikləri kimi sən də onlara acı."
17:25 Rəbbiniz içinizdəkiləri çox yaxşı bilir. Müttəqi davranarsanız, əlbəttə O, tövbə edənləri Bağışlayandır.
17:26 Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
17:27 Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.
17:28 Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.
17:30 Əlbəttə Rəbbin, istədiyinə ruzini bol verər və ya azaldar. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir.
17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.
17:33 Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.
17:34 Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.
17:35 Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.
17:36 Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.
17:37 Yer üzündə təkəbbürlü gəzib dolanma. Sən nə yeri yara bilərsən, nə də dağlar qədər hündür ola bilərsən.
17:39 Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allah ilə birlikdə başqa tanrı qəbul etmə; əksi təqdirdə qınanmış və qovulmuş olaraq Cəhənnəmə atılarsan.
17:40 Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.